Teleparıcısı boşanma səbəbini açıqladı

  • 28 noy 2015, 09:58
Teleaparıcı Aysel Nazim boşanma xəbərinə reaksiya göstərən insanlara müraciət edib. BiG.AZ-a açıqlama verən teleaparıcı bunları deyib:

"Dünəndən bu xəbər çıxıb. Mən bunun xəbər olub diqqətlərin bu məsələyə yönəlməsini istəmirəm. İnsan işi ilə gündəmə gəlməlidir. Amma bu xəbər çıxdığı andan etibarən, bilən də, bilməyən də fikir bildirir. Mənfi rəylər isə məni sadəcə üzür. Heç kim istəməz ki, qurduğu səkkiz illik ailə dağılsın. Amma bəzən elə şeylər olur ki, davam etdirə bilmirsən. Bunun nə şöhrətlə, nə də başqa şeylə əlaqəsi yoxdur. Ailə müqəddəsidr, amma gərək iki tərəf də qorusun. Biz böyük bir sevgi ilə ailə qurub evlənmişdik. Lakin sevgini məsafələr bitirdi. Biz də istəməzdik. İnsan hər şeyi danışa bilmir. İkimiz də sevgimizi oğlumuza veririk. İnsanlardan istəyim isə buna hörmətlə yanaşmalarıdır. Yaşamaq və ölmək təbii hal olduğu kimi, ayrılmaq da çox təbiidir. Bununla da bütün suallara son qoyuram. Bir daha bu barədə danışmaq istəmirəm". 

Demokratik.Az