Efirdə rüsvayçılıq! "Ayıb olsun sənə, özgə kişini saxlayırsan"

  • 14 yan 2020, 14:51

Emosionallığı ilə seçilən müğənni Mətanət Əsədova anasının imtina etdiyi 15 yaşlı Ruslanın taleyinə biganə qala bilməyib.

Demokratik.Az baku.ws-ə istinadən xəbər verir ki, televizor qarşısında oturub ATV-nin "BizimləSən" proqramını izləyən ifaçı dözməyərək canlı efirlə telefon bağlantısı yaradıb.

M. Əsədova yeniyetmənin anasının sözlərindən əsəbiləşdiyini bildirib:

"İnanın, əsəbdən bütün vücudum əsir. Orada olsaydım, durub onu yolacaqdım. Başa düşdük, ikinci dəfə ailə qurmusan. O kişini saxlayırsan? Səhərə qədər xadimə işləyirsən, o kişini saxlayırsan? O uşağa niyə baxmırsan? Mənim yerimdə olsaydın, nə edərsən? Mənim özümün övladım yoxdur, bacımın yetimlərinə baxıram. Rəhmətlik bacımın balalarına, elə o birilərə də baxıram. Yemirəm yedirdirəm. Elə vaxt olur pul tapmıram, elə vaxt olur ac qalıram, amma onları ac qoymuram.

Elə günlər keçiririəm ki... Heç kimin xəbəri olmur. Min dənə problemim var, biri üçün də Zaura müraciət etmirəm. Problemlərə sinə gərirəm. Sənin canından əmələ gələnə baxmırsan. Ayıb olsun sənə, xadimə işləyib özgə kişini saxlayırsan. Allah sizin kimiləri yox etsin!"

Oxşar xəbərlər