"Mən səhnədə ölürəm" - Alim Qasımov

  • 07 yan 2020, 08:39

Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova Türkiyədə daha bir proqramda qonaq olublar.

Emre Yücelenin "Youtube” layihəsində sualları cavablandıran A.Qasımov hər zaman konsertlərdə həyəcanlandığını bildirib:

"Öz konsertimizdə tamaşaçı oluruq. Səhnədə nə olacağını gözləyirik. Bizə çox maraqlı olur. Mən səhnədə ölürəm. Konsertdən sonra xanımıma zəng edirəm ki, azad oldum, uşaq doğuldu. Hər konsertdə belədir. Heç vaxt dəyişməz. Hamı elə bilir səhnədə rahatıq. Füzuli dərd əlindən dağa çıxıb, deyiblər ki, yaylağa gedib. Bizimki də odur”.

 

F.Qasımova isə "Konsert bir az çətin olanda isə anama "əkizlər doğuldu” deyir” sözlərini əlavə edib.

 

(Axşam.az)

Oxşar xəbərlər