“Çalıquşu”nun yazıldığı ev külə döndü - FOTO

  • 07 yan 2020, 08:04

Tekirdağda məşhur türkiyəli yazıçı Rəşad Nuri Güntəkinin vaxtilə yaşadığı ikimərtəbəli ev yanaraq külə dönüb.

Demokratik.Az qafqazinfo-ya istinadən xəbər verir ki, küləkli hava səbəbindən qısa müddətdə şiddətlənən və bütün binaya yayılan yanğın 2 saat sonra söndürülüb. Lakin yanğın söndürülsə də, ev yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, Rəşad Nuri Güntəkin türk ədəbiyyatının incilərindən olan "Çalıquşu" romanının bir hissəsini həmin evdə yazıb.

Oxşar xəbərlər