Dünyanın ən gözəl qızı seçildi (FOTOLAR)

  • 16 dek 2019, 08:31
Londonda "Miss World 2019" gözəllik yarışması keçirilib.
Axşam.az xəbər verir ki, dünyanın ən gözəl qızı ünvanı Yamaykadan olan 23 yaşlı Toni-Ann Singhə nəsib olub. Ona gözəllik tacını isə ötən ilin qalibi Vanessa Ponce taxıb. Toni-Ann Tvitter hesabında etdiyi açıqlamada dünyadakı gənc qızlara səslənib:
"Dünyanın dörd bir yanındakı gənclərə səslənirəm. Özününzə inanın. Xəyallarınızı gerçəkləşdirəcək qədər dəyərli və haqlı olduğunuzu bilin. Bu tac mənim deyil, sizindir".
Yarışmada ikinci yer Fransanın, üçüncü yer isə Hindistanın olub.
Oxşar xəbərlər