Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?

  • 13 noy 2019, 23:18

Aparıcı Burcu Esmersoy ilə əslən azərbaycanlı olan  aktyor Tamer Karadağlının sevgili olması barədə iddialar yayılıb. 

Demokratik.Az xəbər verir ki, "Söylemezsem olmaz" proqramında Tamer və Esmersoyun birlikdə görüntüləndiyi barədə açıqlama verilib və onların eşq yaşadığı barədə dedi-qoduların yayıldığı bildirilib.  Buna səbəb isə ikilinin şəhərdənkənar bir istirahət məkanında fotolarının çəkilməsi olub.  

Burcu isə aparıcıların "Gizli eşq?" sözlərinə sərt reaksiya verib. O, canlı yayıma qoşularaq aktyorla Afyona bir çəkilişə getdiklərini söyləyib.

Burcu bildirib ki, Tamer yolda çörək almaq üçün mağazaya, özü isə ayaqyoluna düşüb.

Qeyd edək ki, Burcu Esmersoy Berk Suyabatmazla ötən il evlənib. Onlar iki ay öncə ayrılıb. 

Oxşar xəbərlər