Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu

  • 20 avq 2019, 20:37

Müğənni Mətanət Əsədova cənub bölgəsində baxıcı kimi məşhur olan Molla Məmmədsəfanın qəbuluna gedib.

Demokratik.Az xəbər verir ki, baku.ws-in əldə etdiyi görüntülərdə Məmmədsəfanı döşəyin üstündə yayxanmış vəziyyətdə, Əsədovanı isə onun ayaqları altında bardaş qurduğunu görürük.

İfaçı ilə falçı arasındakı dialoqu təqdim edirik:

Məmmədsəfa: – Min dərd var, məndə min beş yüz dərman var. Bir dəfə də oxu, get!

Mətanət Əsədova: – Hə, oxuyum, sonra baxarsan da.

– Orada, o o…ların yanında necə oxuyurdun, mənimçün də elə oxu.

– Nə oxuyum səninçün? Mahnı, yoxsa muğam?

– Muğam.

Qeyd edək ki, Azərbaycan şou biznesinin məşhur "ulduzları” Məmmədsəfanın daimi müştəriləridir.


Oxşar xəbərlər