Rüfət Axundov “Space”dəki qalmaqala görə üzr istədi

  • 16 apr 2019, 15:56

Müğənni Rüfət Axundov "Hər şey daxil” verilişində qonaq olub.

O, "Space” televiziyasının efirində təhqiramiz ifadələr səsləndirməsinə belə aydınlıq gətirib: "Verilişdə fonoqram oxuyurdum. Canlı orkestrlə getməmişdim. Fonoqramın üstündə söz istifadə olunursa, nə edim? Mənim nə günahım var? 20 ildən çoxdur oxuyuram, heç bir qalmaqalda adım hallanmayıb. İlk dəfədir belə hadisəyə düşürdüm. Həmin an saytların dayanmadan zəngi, özümü toparlaya bilmədim. Onda tələsik dedim ki, montajdır. Mən bir şeyi deyə bilərəm ki, xalqımıza görə bu yerə gəlib çıxmışıq. Xalqın gözü tərəzidir. Səsimin üstünə səs gedirsə, bu, birbaşa montaj sayılır. MTRŞ-nin ədalətli qərarına görə təşəkkür edirəm. Əgər təqsirim varsa, üzr istəyirəm”.

Qeyd edək ki, Anar Vaqifoğlunun aparıcısı olduğu verilişdə müğənnilər Rəşad İlyasov və Rüfət Axundov qonaq olub. R.Axundov "İnsaf da yaxşı şeydir” adlı mahnının ifa edib. Onlar mikrofonun qapalı olduğunu düşünərək, mahnının sözlərini təhqiramiz ifadələrlə dəyişiblər.

Oxşar xəbərlər