Musa Yaquba fəxri ad verilə bilər - Təqdimat hazırdır

  • 08 apr 2019, 14:16

Sosial şəbəkələrdə sevilən şair Musa Yaquba xalq şairi adı veriləcəyi ilə bağlı məlumatlar yayılıb.

Çoxdandır gözlənilən bu məlumat hər kəs tərəfindən sevinclə qarşılanıb.

Məsələ ilə əlaqədar Kult.az-a açıqlama verən Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumatı qismən təsdiqləyib. X.Rza bildirib ki, şair M.Yaqubun "xalq şairi” fəxri adı alması üçün AYB-nin sədri yazıçı Anar təqdimat hazırlayıb:

"Anar bəy bununla bağlı təqdimat hazırlayıb. Şairə fəxri adın nə zaman veriləcəyi haqda isə bir söz deyə bilmərik”.

Musa Yaqubun yaxın çevrəsindən aldığımız məlumata görə, şair özü də bu xəbərdən məmnunluğunu gizlətməyib.

Oxşar xəbərlər