Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

13:07 - 17.09.2019  
KİVDF 25 qəzetə maliyyə yardımı ayırıb – SİYAHI
Tarix: 1-04-2019, 20:49 | Bölmə: Xəbərlər » Mədəniyyət

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

KİVDF-dən ONA-ya verilən məlumata görə, Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası gündəliyinə daxil edilmiş Fondun 2019-cu ilin II rübü üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə təqdim edilmiş sənədlərin müzakirəsi və təsdiqi barədə məlumat verib.

Məsələ ilə bağlı məlumat verən icraçı direktor Vüqar Səfərli bildirib ki, 2019-cu ilin ikinci rübü üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqə fevralın 1-dən martın 28-dək davam edib. "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinın inkişafına dövlət dəstəyi Konsepsiyası”na əsasən 19 istiqamət üzrə keçirilmiş maliyyə yardımı müsabiqəsinə 25 ictimai-siyasi qəzetdən sənəd təqdim edilib. V. Səfərli qeyd edib ki, 2019-cu ilin ilk rübündə maliyyə yardımı ayrılmış əksər qəzetlərin fevral-mart aylarında tiraj və yayımla bağlı Fonda təqdim etdikləri hesabatlar onların ikinci rüb üçün elan edilmiş yeni maliyyələşmə şərtlərinə hazır olmadıqlarını göstərib. İcraçı direktor bildirib ki, Fond bu səbəbdən də güzəştli və humanist yanaşma nümayiş etdirərək fevral-mart aylarında tiraj və yayımla bağlı təqdim olunmuş sənədlər əsasında ictimai-siyasi qəzetlərin 3 kateqoriyaya (gündəlik, günaşırı və həftəlik) bölünməsini və maliyyələşdirilməsini təklif edir. İcraçı direktor bildirib ki, I kateqoriyaya son 3 ildə müntəzəm nəşr olunan, tirajı 3000 nüsxədən, satış və abunəsinin cəmi 2000 nüsxədən, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlərin daxil edilməsi, onlara aylıq 20000 manat maliyyə yardımının ayrılması təklif olunur. II kateqoriyaya son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan, günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlərin daxil edilməsi, onlara aylıq 10000 manat maliyyə vəsaitinin ayrılması məqsədəuyğun sayılır. III kateqoriyaya isə son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən gündən səhifələrinin sayı 24-dən (A3, B2 formatda) az olmayan həftəlik ictimai-siyasi qəzetlərin daxil edilməsi və onlara aylıq 5000 manat maliyyə vəsaitinin ayrılması təklif olunur.

V. Səfərli vurğulayıb ki, yeni şərtlərə əsasən qəzetlərə ayrılacaq maliyyə yardımının əsaslı şəkildə artırılması nəzərdə tutulur. İcraçı direktor, həmçinin bildirib ki, 2019-cu ilin II rübündə yeni şərtlərə cavab verməyən qəzetlərin maliyyələşdirilməsinin dayandırılması nəzərdə tutulur. Sonra Müşahidə Şurasının üzvləri yayım və tirajla bağlı təqdim edilmiş sənədlər əsasında geniş müzakirələr aparıblar. Müzakirələr nəticəsində ictimai-siyasi qəzetlərin təklif olunan 3 kateqoriya üzrə bölgüsü həyata keçirilib.

Müzakirələrin sonunda 2019-cu ilin II rübündə 25 gündəlik, günaşırı və həftəlik ictimai-siyasi qəzetin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilib.

Fondun 2019-cu ilin II rübü üzrə maliyyə yardımı ayrılmış ictimai-siyasi qəzetlər

Qəzetin Adı

Ayrılmış vəsait

(manatla)

1.

"Bakı-Xəbər" qəzeti

20000

2.

"Kaspi" qəzeti

20000

3.

"Yeni Müsavat" qəzeti

20000

4.

"Səs" qəzeti

20000

5.

"Yeni Azərbaycan" qəzeti

20000

6.

"Mövqe" qəzeti

20000

7.

"Kaspiy" qəzeti

20000

II kateqoriya - Günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlər

Qəzetin Adı

Ayrılmış vəsait

(manatla)

1.

"Həftə İçi" qəzeti

10000

2.

"Novoye Vremya" qəzeti

10000

3.

"Azernews" qəzeti

10000

 

4.

 

"525-ci qəzet"

10000

5.

"Xalq Cəbhəsi" qəzeti

10000

6.

"Paralel" qəzeti

10000

7.

"Hürriyyət"

10000

8.

"Olaylar" qəzeti

10000

9.

"Palitra" qəzeti

10000

10.

"Ədalət" qəzeti

10000

11.

"Üç nöqtə" qəzeti

10000

12.

"Azad Azərbaycan" qəzeti

10000

13.

"Şərq" qəzeti

10000

III kateqoriya - Həftəlik ictimai-siyasi qəzetlər

Qəzetin Adı

Ayrılmış vəsait

(manatla)

1.

"Oxu Məni" qəzeti

5000

2.

"Unikal" qəzeti

5000

3.

"Hərbi And" qəzeti

5000

4.

"Türküstan" qəzeti

5000

5.

"The Business Times" qəzeti

5000

Xəbər 1409 dəfə oxunub






Oxşar xəbərlər

Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib
Əli Həsənov Nuru paşadan yazdı - "Fateh komandan.."
Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu
Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir…
Bakı erməni-bolşevik işğalından necə azad edildi
"15 sentyabr PAYTAXT günü elan olunmalıdır!" - Qulu Məhərrəmli
Nazilə əri ilə şəklini paylaşdı - müzakirəyə səbəb oldu
Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib
101 il öncə - Bugün Bakının azad olunduğu gündür
Rəşid Behbudovun sirli ölümü: “Məni aradan götürəcəklər” - TARİX
İlham Əliyev iki yeni səfirin etimadnaməsini qəbul edib
Mehriban Əliyeva Şamaxı Cümə məscidində - FOTOLAR
Güləşçimiz dünya çempionatında finala çıxıb
Evlərin qiymətində bahalaşma davam edir
Kürd siyasətçi: "PKK böyük qırğınlar törədə bilər"
Azərbaycan Qarabağla bağlı diplomatik hücuma keçdi
Baş Prokurorluqdan Firudin Ələkbərli ilə bağlı açıqlama
Gələn il dövlət büdcəmiz nə qədər olacaq ? - RƏSMİ
Mingəçevir su anbarı və onun təhlükəsizliyi - ANALİZ
“Sami Yusif mahnıya bəsit yanaşıb" - Analiz
Adam oğurlayaraq işgəncə verən idmançımız barədə FAKTLAR
Putin Dağıstan səfərində müsəlmanlarla araq içdi – “İmamların 3-də…” -VİDEO
AİLƏSİ ONU AXTARIR
Gəncə sakinindən narkotik maddə götürülüb
Əhməd Davudoğlu AKP-dən istefa verib
Veronika Kastro karyerasını bitirdi
Sabiq məhkəmə sədrinin qatili Arif Əsgərovun qudasıdır
İsrailin aerokosmik şirkəti Azərbaycan bazarına gildi
Bakıda istifadəyə yararsız 1 tona yaxın quş əti aşkarlanıb
Qızıl bazarı bahalaşdı, gümüş isə...
Bakıda "Fiat" 70 yaşlı kişini vurub öldürdü
“Özlərini “fədai” adlandıran qoçular peyda olub” – Mübariz Mənsimov
"Fədailər Hərəkatı"nın lideri Fuad Muradovdan - VİDEOMÜSAHİBƏ
Aşura, yoxsa Qarabağ?
Türkiyəni 9 il idarə edən dəmir əl - Dosye

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.31339] initstartout [0.00023] initstartin [0.00131] calstart [0.01758] calend [0.00100] topnewsend [0.00697] rsssend [0.00000] ehgend [0.01427] tagsstart [0.00118] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.27078]