Ruhi: “Gəldiyimi eşidən kimi Sibel Can məni..”

  • 14 dek 2018, 18:39

Gələn ilin mart ayının 8-i məşhur türk müğənnisi Sibel Canın Bakıda konsert proqramı baş tutacaq.

Bununla əlaqədar tanınmış iş xanımı Ruhi Əliyeva Türkiyənin İstanbul şəhərinə yollanıb. Danışıqlar üçün R.Əliyevanın özünün İstanbula gəldiyini eşidən türk sənətçisi hörmət əlaməti olaraq onu evinə dəvət edib.

Görüş haqda təəssüratlarını R.Əliyeva şəxsi İnstagram hesabında bölüşərək, bunları yazıb: "Xoş gördük dəyərli izləyicilərim. Bu günlərdə növbəti konsert danışıqları üçün İstanbula səfər edib, Türkiyənin Azərbaycanda da illərdir tanınıb, sevilən müğənnisi Sibel Canla görüşdüm. Gəlişimi eşidən kimi məni evinə dəvət edən Sibel xanımla görüşümüz çox səmimi keçdi. Xeyli söhbət etdik. Konsert üçün onu seçməyimizdən çox məmnun olub, Azərbaycana və azərbaycanlılara olan sevgisindən ağız dolusu danışdı. Konsertlə bağlı razılığa gəldik. Buna görə müjdəli xəbəri ilk olaraq, əziz izləyicilərimlə bölüşmək istədim. Hamınıza sevgilərlə”.

Oxşar xəbərlər