Türkiyənin tanınmış şoumeni yıxılaraq ağır xəsarət alıb

  • 19 okt 2018, 14:15

Türkiyənin tanınmış şoumeni Mehmet Ali Erbil növbəti dəfə əməliyyat olunacaq.

"Report” "Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə onun həkimi Semih Halezeroğlu məlumat verib.

Onun sözlərinə görə, Mehmet Ali Erbilin iki sümüyü ciddi şəkildə zədələnib: "Ümumilikdə isə 3-4 sümüyündə qırılma var. Daxili qanama tamamilə dayandırılıb. Həyati təhlükəsi yoxdur. Ancaq dörd gün sonra yenidən əməliyyat olunacaq”.

Qeyd edək ki, Mehmet Ali Erbil oktyabrın 18-də axşam saatlarında yaşadığı evin hamamında yıxılaraq ağır xəsarət alıb. Döş qəfəsinə qan toplanan və bədənində qırıqlar olan aparıcı əməliyyat edildikdən sonra reanimasiyaya yerləşdirilib.

Demokratik.Az

Oxşar xəbərlər