Azərbaycanın uşaq “Eurovision” mahnısı – VİDEOKLİP

  • 17 okt 2018, 20:12

Altı illik fasilədən sonra Azərbaycan yenidən "Uşaq Avroviziya” mahnı müsabiqəsinə qatılacaq.

Axşam.az-ın məlumatına görə, ölkəmizi yarışmada 12 yaşlı Fidan Hüseynova təmsil edəcək. Fidanın yarışma zamanı səsləndirəcəyi mahnı və klipi təqdim edilib.

Belarusiyanın paytaxtı Minsk şəhərində keçiriləcək final gecəsi noyabrın 25-də gerçəkləşdiriləcək. Fidan müsabiqədə "I wanna be like you” adlı mahnı oxuyacaq. Bəstənin müəllifləri Aytən İsmixanova, Elvira Miçiyeva və İsa Məlikovdur.

Qeyd edək ki, Fidanın adı Azərbaycanın "Qızıl kitabı”na düşüb.


Oxşar xəbərlər