Həbsdən çıxmış müğənni “O səs Türkiyə”də oxuyacaq

  • 18 avq 2018, 22:28

"Azəristar” mahnı müsabiqəsinin laureatı Emil Rəhmanov "O səs Türkiyə” yarışmasına qatılacaq.

Bu barədə "Ölkə.Az”a sənətçinin özü məlumat verib. Onun sözlərinə görə, sentyabrın 5-nə qədər Türkiyədə olacaq:

"Artıq repertuarım hazırdır. Bu müsabiqəyə musiqiçi dostların, yaxınların məsləhəti ilə qatılıram. Əgər işlərim yaxşı alınsa, karyeramı Türkiyədə davam etdirəcəyəm”.

Qeyd edək ki, Emil Rəhmanov tanınmış aktyor Rəhman Rəhmanovun oğludur. O, ötən ilin ortalarında həbsdən azad olunub.


Oxşar xəbərlər