Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:46 - 20.01.2019  
Şou-biznes əhlinin narkotik “sevgisi” - səbəb nədir...
Tarix: 23-05-2018, 10:21 | Bölmə: Xəbərlər » Mədəniyyət

Murad Arif: "Narkotik maddələrə peşədən deyil, həyatdan yoluxurlar”

Şou-biznes əhlinin narkotik “sevgisi” - səbəb nədir...Bir neçə gündür ki, Türkiyə şou-biznesində böyük qalmaqal yaşanmaqdadır. "Medcezir” və "İçerde” adlı seriallardan məşhurlaşan aktyor Çağatay Ulusoy, aktrisa Gizem Karaca, müğənni Cenk Eren barəsində həbs qərarı çıxarılıb. Narkotik maddə ticarətində günahlandırılan hər iki aktyor 4 il 2 ay, müğənni isə 6 il 3 ay azadlıqdan məhrum ediliblər. Qeyd edək ki, Ç.Ulusoy, 2011-ci ildə "Türkiyə gözəli” yarışında ikinci olan aktrisa Gizem Karaca, Cemal Hünal, Yusuf Akgün, Ergun Taş, müğənni Cenk Eren, DJ Nuri Kösem, Ayşe Selin Boronkayın da aralarında yer aldığı 34 nəfərin mühakimə olunduğu proses 5 il davam edib, nəhayət, bu günlərdə məhkəmə qərarını açıqlayıb.

Sənətçilər əvvəlcə narkotik maddələrdən yalnız özləri istifadə etdiklərini desələr də, sonradan yaşadıqları evlərdən bu cür maddələr hazırlayan preparatlar, maşınlar aşkar edilərək götürülüb.

Qeyd edək ki, Türkiyənin məşhur sənətçilərinin narkotik ittihamı ilə həbs olunması ilk dəfə deyil və hətta bu cür olaylar az qala adiləşib. Məsələn, 2015-ci ildə Kənan İmirzalıoğlu, Hakan Yılmaz, Murad Yıldırım, Sarp Apak, Şahin İrmak, Engin Günaydın, Ersin Korkut, tanınmış müğənni Mehmet Erdəm, aktrisa Duyqu Yetiş, Murat Erkən, Koray Candəmir, Onur Buldu və Cəmil Büyükdöğərli kimi məşhurlar 10 ay həbs cəzası almışdı.   Məşhurların vəkilləri onların narkotik maddədən ölkə xaricində istifadə etdiklərini sübut gətirərək bəraət qazanmağa çalışsalar da, cəhdlər heç bir nəticə verməmişdi. 

Məşhur türk müğənnisi Yıldız Tilbe də 1996-cı ildə narkotik maddə istifadə etdiyi üçün həbs olunub. Eləcə də Tarkanın adı narkotik istifadə edənlərin sırasında çəkilir. Məşhur pop ulduzu buna görə bir zamanlar həbs də edilib. Lakin sonradan həbs cəzasından qurtularaq, sərbəst buraxılmışdı.

Müğənni Dəniz Səki də narkotik maddələrdən istifadə etməkdə və yaymaqda ittiham olunaraq 218 gün həbs edilmişdi.

Eləcə də İbrahim Tatlısəs gənc yaşlarında narkotik vasitələrdən istifadə edib. Sənətçi bu barədə öz müsahibələrində açıqlama verib.

Lakin təkcə türk sənətçiləri deyil, dünyanın ən məşhur ulduzlarının narkotik maddə "sevgisi” olduğu hər kəsə məlumdur. Bir çoxları da məhz narkotik maddələrdən dünyasını dəyişib. Məsələn, dünya şöhrətli müğənni Uitini Hyuston kokaindən dünyasını dəyişib. "Dark Knight” filmi də daxil olmaqla bir çox filmlərdən tanıdığımız aktyor Hit Lecer 2008-ci ildə reseptlə aldığı yüksək dozalı narkotik maddə qəbul etdikdən sonra dünyasını dəyişib.

Amerikalı solo ifaçı və bəstəkar Cenis Coplin 27 yaşında yüksək dozalı heroin qəbulu nəticəsində keçinib.

2009-cu ildə "pop musiqisinin kralı” Maykl Ceksonun həkimi ona ölümcül dərəcədə narkotik tərkibli ağrıkəsən "Propofol” dərmanı təyin etdikdən sonra dünya şöhrətli müğənni həmin preparatdan vəfat edib.

Şakiranın isə gənc yaşlarında olarkən narkotik maddə satıcısı olduğu bildirilir.

Britni Spirs isə vaxtilə uzun müddət depressiyadan və narkotiklə bağlı problemlərinə görə səhnə fəaliyyətinə ara verib. Ulduz ancaq 2011-ci ildə yenidən səhnəyə geri dönüb.

Narkotik maddə istifadəçisi olan məşhur dünya ulduzlarından, türk sənətçilərindən söz açdıq, lakin gizlin deyil ki, Azərbaycanın da məşhur ulduzları, sənətçiləri arasında narkotik asılılığı olan kifayət qədərdir.

Bu siyahıda adı öndə gələn sənətçilərdən biri xalq artisti, məşhur gitara ifaçısı Rəmişdir. Xalq artisti uzun müddət narkotik maddə istifadəçisi olub və bunu  gizlətməyib. İfaçının müsahibələrinin birindən sitat: "Uşaqlıqdan narkotik istifadə edirəm, ”Kubinka"da, "Dağlı məhəlləsi”ndə olduğum üçün. Narkotik səhhətimə çox pis təsir edib, bu həqiqətdir. Kim mənim qədər narkotik istifadə etsəydi, çoxdan yox idi, - bu da həqiqətdir. Gör mən Allahın nə qədər düzgün bəndəsiyəm ki, hələ yaşayıram, ölməmişəm".

Vaxtilə məşhur olan skripka ifaçısı Natiq Nuriyevin də gəncliyində narkotik asılılığı olduğu haqda şayiələr var.

Mərhum rep ifaçısı Hüseyn Dərya da narkotik maddə istifadəçisi olub. Məlumata görə, məhz bu səbəbdən repçinin ailəsində problemlər yaşanıb, nəticədə xanımı ondan boşanıb. İllər öncə repçi üzərində heroin aşkarlandığından həbs olunmuşdu.

Eləcə də repçi Elşad Xose illər öncə narkotik maddə gəzdirməkdə günahlandırılaraq həbs edilmiş, sonradan azadlığa buraxılmışdı.

Anar Nağılbazın da narkotik maddə istifadə etdiyi haqda mətbuatda müəyyən vaxtlarda yazılar dərc edilib.

Maraqlıdır, şou-biznes əhlinin narkotik maddə sevgisi nədən qaynaqlanır, səbəb nədir?

Mövzu ilə bağlı bəstəkar-müğənni Murad Arif "Yeni Müsavat”a danışıb:

"Hesab edirəm ki, narkotik maddələrdən asılı olmaq, ona maraq göstərmək peşə ilə bağlı deyil. Aramızda sadə peşə sahibləri var ki, onlar siqaret çəkir, narkotik maddələrdən istifadə edir. Bu, şəxsi iradəsizlik, asılılıqdır. Bəziləri qeyd edir ki, guya içəndə və ya narkotik maddə istifadə edəndə təbi yaxşı gəlir, yaxşı ifalar edir və sairə. Amma bu absurddur. Çünki insan gözəl qərarlarını ayıq başla icra edir. Bu cür vasitələr, sadəcə, insanların beynini dumanlandırır. Beləliklə, narkotik maddələrin sənətçiliklə əlaqələndirilməsinin qəti əleyhinəyəm. Şəxsən mənim ətrafımda narkotik maddələrdən istifadə etməyən sənətçilər daha çoxdur. Narkotik musiqidə deyil, küçədə, pis ətraflarda var. İnsanlar narkotik maddələrə peşədən deyil, həyatdan yoluxur”. /musavat.com/

Xəbər 4011 dəfə oxunub






Oxşar xəbərlər

Şəhidlər Xiyabanına axın - FOTOSESSİYA
Qalmaqallı xəbər: - "Suriyadakı partlayışı Necati Şaşmaz törədib"
"Bəzi qruplar ölkədə qarşıdurma yaratmağa cəhd edirlər" - Mübariz Qurbanlı
ABŞ eskadra mina gəmisini Qara dənizə göndərib
20 Yanvar şəhidlərimizin xatirəsi ehtiramla yad edilir
20 Yanvar - Ümumxalq Hüzn Günü
20 YANVAR FACİƏSİ TARİXİMİZİN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SƏHİFƏSİDİR
"Vaşinqton Post": "Tramp istefa verib, Krıma qaçdı"
20 Yanvar günü bu yollar bağlı olacaq
Türkiyə 54 minə yaxın suriyalıya vətəndaşlıq verib
Bakı səmasında qeyri-adi hadisə (FOTOLAR)
Baş bankirin ailəsi 2015 devalvasiyasından sonra necə varlanıb? - ARAŞDIRMA / RUSCA
Tehranın Qarabağ siyasəti dəyişdimi, yoxsa..
2319 məhkumun cəza müddəti azaldıldı
Fransada erməni mafiozlar həbs olundu
Abel Məhərrəmov toyda “Yallı” oynadı – VİDEO
Seksoloq: “60 yaşa kimi bakirəliyin qorunması qürur məsələsi deyil”
Bakıda güclü külək 40-a yaxın ağacı aşırıb
Müğənnilər toya nə qədər pul yazdırır?
Mehriban Əliyeva "Üzeyir Hacıbəyli" fəxri medalı ilə təltif edildi
Azərbaycan XİN Rusiyaya cavab verdi
Məmurlardan lüks avtomobillər alınır?
Zimbabvenin Prezidenti Azərbaycanda səfərdədir
Meşədə qadının kəsilmiş bədəni tapıldı - VİDEO
Kikboks Federasiyasının vitse-prezidenti həbs edilib
"19 yanvar mitinqi cəmiyyətdəki aktivliyi öldürəcək" — İqbal Ağazadə ilə MÜSAHİBƏ - VİDEO
Baş melioratorla baş bankirin Avropada parıldayan qudalıq BİZNESLƏRİ - fotofaktlar
Alimlər: "Apofis" asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər
Bakı yaşamaq üçün ən rahat şəhərlər sırasında niyə yoxdur?
Elgiz Əkbər Əli Mirəliyev barədə: Bu kişi manyakdır
Məktəbdə terror - 8 ölü, 10 yaralı
”Lotu Quli” Türkiyəyə qayıtdı?
"Məktəblər niyə bağlanır, müharibə-zaddı?" - Hafiz Hacıyev
Nazir 5 polis rəisi təyin etdi, ikisini sərəncama götürdü
Təhsil Nazirliyinə tabe olan bu qurumlar ləğv edildi - QƏRAR
Bölgələrə güclü qar yağır
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
Gəncənin sabiq icra başçısı şəhərin mərkəzində binanın zirzəmisini hansı icazə ilə dağıdır?
Astanada 20 Yanvar şəhidləri anılıb
Ötən il Türkiyədə 1,4 milyon daşınmaz əmlak satılıb
İran ordusunu Suriyadan çıxarmayacaq - SEPAH
Sabiq MTN əməkdaşının qətlinin sifarişçisi tutuldu
Quba polisi "ağac qənimi"ni yaxaladı
Lavrov kürd məsələsindən danışdı
Azərbaycanda 4 dövlət xidməti yaradılır
Ekoloji Ekspertiza Agentliyi yaradılır - FƏRMAN
Kiçik və iddialı Gürcüstanın spikerindən böyük açıqlamalar
Azərbaycan, İran və Rusiya arasında yeni sammit keçiriləcək
Arif Hacılı Türkiyədə xəstəxanaya yerləşdirilib
Hadi Rəcəblinin slavyan qadınla və küçədə rəqsi – GÖRÜNTÜLƏR
Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub
Bu il 6 mindən çox şəhid ailəsi “qan pulu” alacaq
Göygölün icra başçısı Qorxmaz Hüseynovla niyə "kəllələşir"? - Milyonluq problem
Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR
Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
Rihanna atasını pul üstündə məhkəməyə verib
Madonna "Eurovision -2019"da iştiraka razılıq verib
İran telekanalının jurnalisti ABŞ-da həbs olunub
Paşinyana Qarabağı boşaltmağa qarabağlılar imkan vermir - iddia
General Frankodan Bakıya qədər uzanan “5-ci kolon” kimlərdir?
“Boko Haram” bir şəhəri ələ keçirdi
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir
Mədəniyyət Nazirliyi ilə bağlı - FƏRMAN
Nokia smartfonu yenidən istehsal olunacaq
MMA döyüşçüsü bankın filialını dağıtdı
Xorvatiya prezidenti Türkiyəyə səfər edəcək
İŞİD terrorçusu – ləqəbi “Abu Cihad”, özü Eldəniz Məmmədov – Fotolar
Yaponiyadakı səfirimiz geri çağırıldı
Səddam Hüseynin milyardları hardadır?
Qulu Məhərrəmli Alışanovun işdən çıxarılmasını alqışladı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14305] initstartout [0.00013] initstartin [0.00086] calstart [0.00775] calend [0.00042] topnewsend [0.00329] rsssend [0.00000] ehgend [0.02174] tagsstart [0.00049] tag-initendin [0.00000] initendout [0.00003] weathend [0.00001] end [0.10830]