Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:15 - 22.02.2019  
Lalə Məmmədova: “Həmkarlarımın intim videolarını …”
Tarix: 11-05-2018, 08:45 | Bölmə: Xəbərlər » Mədəniyyət

Azərbaycanın əməkdar artisti Lalə Məmmədova çox nadir hallarda jurnalistlərə müsahibə verir. Hesab edir ki, bunun üçün səbəb olmalıdır. Bu dəfə müğənni KİV nümayəndələrini başına toplayıb onlara özü ilə bağlı yeniliklərdən danışıb.

Lalə Məmmədova: “Həmkarlarımın intim videolarını …”Sputnik Azərbaycan-a istinadən müsahibəni təqdim edir:

– Lalə xanım, mümkünsə, bizə Türkiyədəki uğurlarınızdan danışın.

– Bu günlərdə mən türk ulduz Müşərrəf Akayın "Əziz dostlar” verilişində qonaq oldum. Mən uşaqlıqdan onun mahnılarını sevmişəm. Müşərrəf Akay Bakıda çıxış edəndə, insanlar sonuncu pullarını da onu görmək üçün verirdilər. Heç vaxt ağlıma gəlməzdi ki, haçansa mənim onunla görüşmək imkanım olacaq. Həmkarımla söhbət edərkən başa düşdüm ki, onlarla bizim ifaçıların problemləri fərqlidir. Türkiyədə müğənni üçün hər cür şərait yaradırlar ki, o, öz mahnılarını oxusun, ona hörmətlə yanaşırlar. Mən də çox istərdim ki, bizdə də belə olsun. Veriliş başlayana qədər mənə konvertdə qonorar məqsədilə kiçik məbləğdə pul verdilər. Bu, mənim üçün içəridə baş verənlər qədər önəmli deyildi. Amma görün onlar sənətkarın işinə nə qədər dəyər verirlər. Bizdə isə belə deyil. Düşünürəm ki, bu, bizim televiziyaların başlıca problemidir.

Çox kədərlənirəm və özümə belə bir sual verirəm ki, axı niyə biz pulu yalnız toylardan qazanmalıyıq? Mən də istəyərdim ki, efirə çıxanda, radioda mənim, yaxud da həmkarlarımın ifaları səslənəndə buna görə bizə qonorar ödənəydi. Axı biz o qədər zəhmət çəkirik, öz layihələrimizə pul qoyuruq, lakin qarşılığında heç nə almırıq. Mən heç də bütün ifaçıları nəzərdə tutmuram, yalnız o adamları nəzərdə tuturam ki, onlar öz yaradıcılıqları ilə uğur əldə ediblər. Əminəm ki, bu sözlərimdən sonra bir çox telekanallar mənə qadağa qoyacaq.

– Təşkilatçılar sizi xaricdə çıxışa dəvət edəndə onların qarşısında hansısa şərtləri qoyursuz?

– Mən heç vaxt elə də böyük tələblər qoymamışam. Əsas şərtim o olub ki, mənim üçün uyğun reys seçsinlər və qalacağım yer təmiz olsun. Mən Rihanna, Beyonse kimi çoxlu şərtlər qoya bilmərəm, çünki onlar milyonlarla pul qazanırlar, biz isə yox.

– Bu gün populyar olan primitiv mahnılara münasibətiniz necədir?

– Düşünürəm ki, tamaşaçıların zövqü korlanıb. Sovet dövründə ifaçıları neftçilərə, pambıqçılara, ucqar dağ kəndlərinin sakinlərinə konsert verməyə göndərirdilər. Beləliklə, dinləyicilərin zövqü formalaşırdı. İndi isə bunların heç biri yoxdur.

– İstənilən qadın, hələ yanında kişi yoxdursa, güclü olmaqda çətinlik çəkir. Sizi zərif cinsin güclü nümayəndəsi hesab etmək olarmı?

– Əgər qadın təkbaşına bütün problemlərinin öhdəsindən gəlirsə, özü uşaqlarını tərbiyə edirsə, bütün ədalətsizliklərə qarşı dayanırsa, o artıq güclü qadındır. Amma mən hesab edirəm ki, əsl güclü qadın yalnız özünü yanında kişi dayananda güclü sayır. Tənha insan güclü ola bilməz. Mən ən çətin vaxtlarımda həmişə tək olmuşam. Yalnız Allaha və öz valideynlərimə ümid bəsləmişəm.

 

– Hətta yanınızda keçmiş əriniz olan vaxtlarda da özünüzü tənha hiss etmisiz?

– O adam mənə məsləhət verib və yaradıcılığıma kömək edib. Digər məqamlar haqqında isə danışmaq istəmirəm.

– Hazırda siz valideynlərinizin yanında yaşayırsız. Onlar sizin bütün çətinliklərinizi, nə yaşadığınızı bilirlər?

– Həmişə onları öz məişət və yaradıcılıq problemlərimdən uzaq tutmağa çalışıram. İstəmirəm ki, onlar həyəcanlansınlar. Hər dəfə öz hərəkətlərimi analiz edirəm ki, hansısa səhvə yol verməyim.

– Siz özünüzü xoşbəxt adam sayırsız?

– Mən xoşbəxtəm. çünki yanımda valideynlərim və qızlarım var. Yaradıcılıqda da uğura nail olmuşam, baxmayaraq ki, çətin yolu seçmişəm. Evdəkilər mənim müğənni ola biləcəyimə heç vaxt inanmırdılar. Onlar düşünürdülər ki, oxumaq yalnız mənim üçün bir hobbidir. Lakin bir dəfə, "Məktəb illəri” mahnımla hamı məni tanıdı. İllər keçməsinə baxmayaraq, o kompozisiya indiyə qədər də aktualdır. Mən özümü xoşbəxt və uğurlu insan sayıram. Çünki hər 20 yaşlı qıza yatıb, durub populyar olmaq nəsib olmur. Sonralar mənə deyirdilər ki, elə adamlar olub həbsxanada mənim "Məktəb illəri” mahnımı dinləyib ağlayıb, bəzi analar onu beşikdəki körpələrinə oxuyublar.

– Qızlarınızı tək böyütmək sizə çətin deyil ki?

– Böyük qızımın 13 yaşı var. Balaca qızım isə hələ bağçaya gedir. Bizim zəmanədə uşaqları maddi cəhətdən deyil, mənəvi cəhətdən tərbiyə eləmək çox çətindir. Mən çalışıram onlara düzgün tərbiyə verim, səhv eləməsinlər. Məni məktəblilərin internetdə yayılan intim videoları çox üzür. Onlar hələ çox balacadırlar və sevməyin nə olduğunu ümumiyyətlə bilmirlər. Məlum videoçarxdan sonra mən böyük qızıma izah etdim ki, hər şeyin öz vaxtı var. Heç vaxt uşaqlarımı qorxutmuram. Hesab edirəm ki, onlara hər şeyi başa salaraq öyrətmək lazımdır. Bizim vaxtımızda da elə hallar olurdu, sadəcə geniş auditoriyaya heç nə yayılmırdı.

– Sosial şəbəkələrdə ifaçıların da intim videoçarxları yayılır. Buna münasibətiniz necədir?

– Bütün bunlar məni çox narahat edir, xüsusilə də hamının onlara baxması. O cür videoları yayan adamlar düşünməlidir ki, onların da şəxsi həyatı var və onları leylək gətirməyib. Sabah bu şeylər onların uşaqlarının da başına gələ bilər. Hər şeyə mənəvi nöqteyi-nəzərdən baxmaq lazımdır. Mən həmkarlarımın da intim videolarını yaymaqla məşğul olan adamları qınayıram. Biz elə zəmanədə yaşayırıq, kiminləsə danışanda da qorxursan ki, birdən səsini yazarlar.

Xəbər 4726 dəfə oxunub






Oxşar xəbərlər

Qaçırılmış “Niva” Maştağadan tapıldı
Ayaz Salayev İbrahimbəyovu ittiham etdi
Əfv siyahısında kimlərin adı var?
İrəvanın Bəşər Əsədə dəstəyinin pərdəarxası
SOCAR Gürcüstana qazı ucuz satır - Açıqlama
Siyasətçilər Rüstəm İbrahimbəyovun yubileyindən danışır
"Bakı-xəbər"-in müxbirinin Gəncədə şərlədiyi heykələ rəsmi REAKSİYA
Polis orqanlarında rəis olmaq istəyənlərin nəzərinə!
"Air France" aviaşirkəti Venesuelaya reysləri ləğv etdi
Rusiyada ikinci qadın-milyarder peyda olub
Danimarka bankı Estoniyadan gedir
Kəmaləddin Heydərov bankını neçəyə satıb? - Qiymət açıqlandı
“ASAN xidmət”in mobil tətbiqi istifadəyə veriləcək
Elşad İskəndərovun Türkiyəyə girişinə qadağa qoyulub? - RƏSMİ açıqlama
Bakıda “kupça”sız mənzil qalmayacaq - FƏRMAN
Milli Şuranın fevralın 23-də mitinq niyyəti alınmadı
İlham Əliyev: “Tədricən məqsədimizə çatmışıq”
Deputat: "Boşanmaların sayına məəttəl qalmışıq"
Ələkrəm Hümbətovdan erməni və fars sayağı ittihamlar
Nazirliyin idarəsində ölüm hadisəsi oldu
Məşhur terror təşkilatının lideri Türkiyədədir (İDDİA)
Açıqlama - SOCAR-a qarşı “qara piar” kampaniyası?
Hakimiyyətdən dindar məhbuslarla bağlı yeni strategiya
Gəncə sakinində silah aşkarlanıb
Qubada “Prado” aşdı: 2 nəfər kömək gözləyir
İran Avrasiya İttifaqına qoşulacaq
Bulaqdan palçıq püskürdü: Astarada qeyri-adi hadisə (VİDEO)
Prezident sənədsiz binalarla bağlı fərman verdi
Məşhur polkovnik-leytenantı itirdik - Əliyaz Mirzəyev Gülhanədə müalicə alırdı
ATƏT sədri Azərbaycana səfər edəcək
Ramil Usubov Türkiyədə – VİDEO
Prezident Anar Kərimova YÜKSƏK VƏZİFƏ verdi
Nazirlər yenidən Qarabağı müzakirə etdilər
Sədr təyin olunan Fərid Şəfiyev kimdir? - DOSYE
Əli Kərimlinin Rövşən Quliyev “paradoks”u
“AFB Bank” Kəmaləddin Heydərovun əlindən çıxdı
Müşviq Ələsgərli və Əvəz Zeynallı dueli: "REKET KİMDİR?" Video
“Buta Airways”ın təyyarəsində nasazlıq yaranıb
Tramp Maduronu dəstəkləyən hərbçiləri təhdid edib
Azərbaycan neftinin qiyməti 68 dolları keçdi
Binəli Yıldırım vəzifəsindən istefa verib
Baş ağrısı ilə xəstəxanaya getdi, uşaq doğdu
Hökumət problemli kreditlər məsələsini həll edir - iddia
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları
Gəncədə işsizlik və perspektivlər: Mövzu dərindir - RƏYLƏR
“Putin Ərdoğana çox güvənir” – Dmitri Peskov
Prezident Sumqayıta milyonlar ayırdı
Rüstəm İbrahimbəyovu Bakıya Prezident Administrasiyası dəvət edib
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
Müğənni Fədayə Laçının şikayəti əsasında məhkəmə başlayır
Hüquq müdafiəçiləri Ramil Usubovla görüşdülər
İŞİD-in təbliğat və edam videolarını səsləndirən şəxs tutuldu
Zidan “Çelsi”ni çalışdırmaq üçün şərtlərini açıqladı
Prezident İlham Əliyev Sumqayıtda zavod açılışında iştirak edib
"Bakı-xəbər"-də GƏNCƏ YALANLARI və heykəli şərləyənin plagiatlığı
“Çeçenlərlə bağlı hadisədə üçüncü qüvvələrin İZİ”
Erməni nazir sayıqladı: "Məmmədyarovla dəhlizdə görüşə bilərik"
Çeçen lideri bəyan etdi: - “Azərbaycanla münasibətlərimizi heç bir təxribat poza bilməz”
Eldar Əzizov "Tarqovı”dakı məşhur restoranı bağlatdırdı - FOTO
Şimali Koreya lideri Vyetnama gedir
“Qarabağ” “Qəbələ” ilə üz-üzə gəlir
"İnternetdə təhqirlərin qarşısını almaq üçün.." - Əli Əhmədov
Müdafiə naziri Zakir Həsənov BƏƏ-yə yola düşüb
Çeçenistan müxalifətinin lideri də Azərbaycana müraciət etdi: "Olanlar təxribatdır"
Cüdoçumuz Oruc Vəlizadə Romada qızıl medal qazanıb
Abu-Dabidə "IDEX-2019" müdafiə sərgisi açılır
Bakıda kütləvi maliyyə fırıldağı - "Zərərçəkmişlərin sayı yüzlərlədir"
Qroznının ilk fəxri vətəndaşı baş verənlərlə bağlı bəyanat verdi
Cəlilabadda çay daşdı – Evləri su basdı
XƏBƏRDARLIQ - Bakıda sulu qar yağacaq

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13156] initstartout [0.00016] initstartin [0.00084] calstart [0.01004] calend [0.00042] topnewsend [0.00332] rsssend [0.00000] ehgend [0.01976] tagsstart [0.00046] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09652]