Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

01:21 - 23.02.2019  
Dilim-dilim edilmiş dilimizin dilçəyi
Tarix: 20-01-2018, 10:27 | Bölmə: Xəbərlər » Mədəniyyət

Orfoqrafiya lüğətinin yenilənməsi arı yuvasına uzadılmış çubuq effekti verib.

Dilim-dilim edilmiş dilimizin dilçəyiMediada, sosial şəbəkələrdə minlərlə adam lüğətə yeni sözlər əlavə edilməsini, bəzi sözlərin yazılış qaydasının dəyişməsinə dair fikirlər bildirir.

Düzdür, bu fikirlərin çoxu mizah-məzhəkə səciyyəsi daşıyır, ironiyadan, lağlağıdan ibarətdir, ancaq yenə də bunu sözün düzünün zarafatla deyilməsi ibarəsinin hikmətinə bağlayaraq ciddiyə almaq olar.

Bu müzakirələr çox faydalıdır. Anlaşılır ki, biz yavaş-yavaş dilimizi unudurmuşuq. Dilçilik İnstitutunun bu təşəbbüsü dilimizi bilən və sevən insanların damarına bərk toxunub.

Nəticədə adi oxuma-yazma bilənlərdən tutmuş ta dilçi alimlərə, sözlə işləyən jurnalistlərə, müəllimlərə qədər xeyli insan dilimizin zənginliyinə dəlalət edən bir kampaniyaya start veriblər.

Kampaniyanın iş mexanizmi sadədir. Hər kəs öz mahalının dialektində olan sözləri sosial şəbəkədə paylaşır.

Bütün yazıları oxuyursan və əmin olursan: ana dilimiz gerçəkdən də zəngindir, içində xeyli ifadəli, maraqlı, gözəl səslənişi olan sözlər var. Sadəcə, biz onları işlətməyə-işlətməyə unutmuşuq.

Nədənsə, bir çoxlarımız elə bilir ki, köhnə sözlərimizi işlətmək geridəqalmışlıqdır, ən yaxşısı savadlı  görünmək üçün Avropa dillərindən alınmış sözlərdən istifadə etməkdir.

Əlbəttə, elə sözlər var ki, onlar istər-istəməz arxaikləşib. Məsələn, hazırda cəhrədə yun əyirən yoxdursa, avtomatik olaraq, "cəhrə”, "iy” (cəhrənin oxu), "dürgəh” sözlərini işlədən olmayacaq.

Eləcə də hana quraşdırıb xalça toxuyan yoxdursa, "həvə”, "çeşni”, "kirgit” kimi sözlər getdikcə arxaikləşəcək.

Yəni yüz illərin, min illərin məişət texnikası, qab-qacağı, avadanlığı müasir variantları ilə əvəzləndikcə, bu proses gedəcək. Biz su dispenserinə heç vaxt sərnic deməyəcəyik. Çünki dispenser suyu təkcə sərin saxlamır, həm də isti su verir.

Bu cür misalları xeyli artırmaq olar.

Bir də bizdə yanlış bir düşüncə var. Öz doğulduğumuz mahalda intensiv şəkildə işlətdiyimiz sözləri sırf dialekt kəlmələri hesab edərək ədəbi dildə, yazıda-pozuda işlətmirik. Heç demə, həmin sözlər ölkəmizin bütün mahallarında var və işlədilir.

Məsələn, 15-16 il öncə yazılarımdan birində "incəvara” sözü işlətmişdim. Ertəsi gün mərhum yazıçımız Sabir Azəri zəng edib dedi ki, bala, sən qazaxlısanmı. Dedim, yox, qarabağlıyam. Yazıçımız gülə-gülə dedi, yoldaşım dirəşib ki, yox, o qazaxlı olmalıdır, qazaxlı deyilsə, yazısında niyə "incəvara” sözü işlədib.

Azərbaycan dilinin leksikonunun zəngin olduğu mahalımızda bir xeyli kəlmə var ki, əslində onlar dialekt sözləri olmaqdan çıxıb ümumişlək sözlərə çevrilməlidir (eləcə də başqa mahallara aid şivə sözləri hesab etdiyimiz kəlmələr).

Əslində, o sözlərin çoxu qədim və böyük türk dilində var. Başlıca dilçək türk dilidir, sadəcə, bu dil ora-bura qəlpələnib.

Onlardan bir neçəsini bu yazıda izahlı şəkildə verirəm.

Vayqara - daşı, gülləni, sözü necə gəldi atmaq (Anadolu türkcəsində bu söz " yayqara” kimi işlənir);

Səfsələk - sadəlövh, avam adam (Anadoluda - "saf-salak” kimi işlənir və çox yayğındır);

Şikəbərdilik - fırıldaqçılıq, hiyləgərlik (Anadoluda - "şikə yapmaq”);

Teyxa - bütün, bütöv;

Qızırğalanmaq - xəsislik, cimrilik etmək;

İncəvara - yaxşı ki (Bu, bir çox mahallarda işlənən sözdür);

Çıtızdırmaq - xəbərçilik etmək, çatdırmaq;

Mağıl - barı, heç olmasa;

Sertov - pencək (fransızcada - syurtuk);

Nay - şən adam;

Lavarsaq - şit adam;

Kətəməz - inəyin ilk südündən hazırlnan ağartı növü;

Riçal - tut mürəbbəsi (Anadoluda - reçel);

Qaşqa - alın (bu söz bir çox dialektlərdə var);

Qaranəfəs olmaq - təngnəfəs olmaq, tıncıxmaq;

Şəvkinişik - axşam alatoranlığı (Anadoludakı şevk sözünün feili).

Bu, yaddaşımızı izafi şəkildə qurcalamadan, vayqara yazdığımız sözlərdir. Bu cür kəlmələr yüzlərlədir. Həm də araşdırdıqda ortalığa çıxır ki, bizim dialekt sözləri hesab etdiyimiz kəlmələrin identik qarşılığı bir-iki hərf fərqlə Anadolu türkcəsində, hətta qazax, türkmən və özbək türkcələrində var.

Bunlardan başqa, hər mahalda xeyli zərbül-məsəllər də var. Biz o sözləri, ifadələri yazılarımıza, bədii mətnlərimizə gətirsək, həm dilimiz daha ifadəli olar, həm də "leksikonumuz kasaddır” töhmətindən qurtularıq.

P.S. Böyük qırğız yazıçısı Çingiz Aytmatovun "Qiyamət” romanının ana dilimizdə çıxan variantı ruscasından daha ifadəlidir - ona görə ki, dilimizi gözəl bilən tərcüməçi əsərə xeyli dialekt sözləri daxil edib və roman daha oxunaqlı olub.

 

Xəbər 1260 dəfə oxunub






Oxşar xəbərlər

Jurnalist Fuad Abbasovun həyatına təhlükə yaranıb
Balakən rayonuna yeni polis rəisi TƏYİNATI
Qaçırılmış “Niva” Maştağadan tapıldı
Ayaz Salayev İbrahimbəyovu ittiham etdi
Əfv siyahısında kimlərin adı var?
İrəvanın Bəşər Əsədə dəstəyinin pərdəarxası
SOCAR Gürcüstana qazı ucuz satır - Açıqlama
Siyasətçilər Rüstəm İbrahimbəyovun yubileyindən danışır
"Bakı-xəbər"-in müxbirinin Gəncədə şərlədiyi heykələ rəsmi REAKSİYA
Polis orqanlarında rəis olmaq istəyənlərin nəzərinə!
"Air France" aviaşirkəti Venesuelaya reysləri ləğv etdi
Rusiyada ikinci qadın-milyarder peyda olub
Danimarka bankı Estoniyadan gedir
Kəmaləddin Heydərov bankını neçəyə satıb? - Qiymət açıqlandı
“ASAN xidmət”in mobil tətbiqi istifadəyə veriləcək
Elşad İskəndərovun Türkiyəyə girişinə qadağa qoyulub? - RƏSMİ açıqlama
Bakıda “kupça”sız mənzil qalmayacaq - FƏRMAN
Milli Şuranın fevralın 23-də mitinq niyyəti alınmadı
İlham Əliyev: “Tədricən məqsədimizə çatmışıq”
Deputat: "Boşanmaların sayına məəttəl qalmışıq"
Ələkrəm Hümbətovdan erməni və fars sayağı ittihamlar
Nazirliyin idarəsində ölüm hadisəsi oldu
Məşhur terror təşkilatının lideri Türkiyədədir (İDDİA)
Açıqlama - SOCAR-a qarşı “qara piar” kampaniyası?
Hakimiyyətdən dindar məhbuslarla bağlı yeni strategiya
Gəncə sakinində silah aşkarlanıb
Qubada “Prado” aşdı: 2 nəfər kömək gözləyir
İran Avrasiya İttifaqına qoşulacaq
Bulaqdan palçıq püskürdü: Astarada qeyri-adi hadisə (VİDEO)
Prezident sənədsiz binalarla bağlı fərman verdi
Məşhur polkovnik-leytenantı itirdik - Əliyaz Mirzəyev Gülhanədə müalicə alırdı
ATƏT sədri Azərbaycana səfər edəcək
Ramil Usubov Türkiyədə – VİDEO
Prezident Anar Kərimova YÜKSƏK VƏZİFƏ verdi
Nazirlər yenidən Qarabağı müzakirə etdilər
Sədr təyin olunan Fərid Şəfiyev kimdir? - DOSYE
Əli Kərimlinin Rövşən Quliyev “paradoks”u
“AFB Bank” Kəmaləddin Heydərovun əlindən çıxdı
Müşviq Ələsgərli və Əvəz Zeynallı dueli: "REKET KİMDİR?" Video
“Buta Airways”ın təyyarəsində nasazlıq yaranıb
Tramp Maduronu dəstəkləyən hərbçiləri təhdid edib
Azərbaycan neftinin qiyməti 68 dolları keçdi
Binəli Yıldırım vəzifəsindən istefa verib
Baş ağrısı ilə xəstəxanaya getdi, uşaq doğdu
Hökumət problemli kreditlər məsələsini həll edir - iddia
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları
Gəncədə işsizlik və perspektivlər: Mövzu dərindir - RƏYLƏR
“Putin Ərdoğana çox güvənir” – Dmitri Peskov
Prezident Sumqayıta milyonlar ayırdı
Rüstəm İbrahimbəyovu Bakıya Prezident Administrasiyası dəvət edib
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
Müğənni Fədayə Laçının şikayəti əsasında məhkəmə başlayır
Hüquq müdafiəçiləri Ramil Usubovla görüşdülər
İŞİD-in təbliğat və edam videolarını səsləndirən şəxs tutuldu
Zidan “Çelsi”ni çalışdırmaq üçün şərtlərini açıqladı
Prezident İlham Əliyev Sumqayıtda zavod açılışında iştirak edib
"Bakı-xəbər"-də GƏNCƏ YALANLARI və heykəli şərləyənin plagiatlığı
“Çeçenlərlə bağlı hadisədə üçüncü qüvvələrin İZİ”
Erməni nazir sayıqladı: "Məmmədyarovla dəhlizdə görüşə bilərik"
Çeçen lideri bəyan etdi: - “Azərbaycanla münasibətlərimizi heç bir təxribat poza bilməz”
Eldar Əzizov "Tarqovı”dakı məşhur restoranı bağlatdırdı - FOTO
Şimali Koreya lideri Vyetnama gedir
“Qarabağ” “Qəbələ” ilə üz-üzə gəlir
"İnternetdə təhqirlərin qarşısını almaq üçün.." - Əli Əhmədov
Müdafiə naziri Zakir Həsənov BƏƏ-yə yola düşüb
Çeçenistan müxalifətinin lideri də Azərbaycana müraciət etdi: "Olanlar təxribatdır"
Cüdoçumuz Oruc Vəlizadə Romada qızıl medal qazanıb
Abu-Dabidə "IDEX-2019" müdafiə sərgisi açılır
Bakıda kütləvi maliyyə fırıldağı - "Zərərçəkmişlərin sayı yüzlərlədir"
Qroznının ilk fəxri vətəndaşı baş verənlərlə bağlı bəyanat verdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.15894] initstartout [0.00013] initstartin [0.00058] calstart [0.00851] calend [0.00041] topnewsend [0.00339] rsssend [0.00000] ehgend [0.01445] tagsstart [0.00047] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.13097]