"Hörümçək adam" Bakıya gəlir

  • 09 noy 2017, 12:24
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsəri hazırlanır. Bu dəfə sənət ocağı balacaların görüşünə Sten Linin "Hörümçək adam” tamaşası ilə gələcək.
  AZƏRTAC xəbər verir ki, teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov tamaşa ilə bağlı təəssüratlarını bölüşərək deyib: "İnanıram ki, digər tamaşalarımız kimi, bu səhnə əsəri də bizim kiçik yaşlı tamaşaçılarımızda böyük marağa səbəb olacaq. Onlar hər il olduğu kimi, bu il də bayram ovqatlarına xüsusi rəng qatan teatrımıza yüksək əhval-ruhiyyə ilə gələcək. Tamaşa həm uşaqlar, həm də böyüklərə gözəl bayram hədiyyəsi olaraq onların sevincinə sevinc qatacaq”.
  Quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu olan tamaşanın səhnə plastikası Ceyhun Dadaşova, tryukların quruluşu İsa Əsədova məxsusdur. Yeni səhnə əsərində əsas obrazları aktyorlar Əməkdar artistlər Almaz Mustafayeva, Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Günel Məmmədova, Zemfira Əbdülsəmədova, Mehriban Hüseynova, Səbinə Məmmədova, Nuranə Hüseynova, Nuriyyə Əliyeva, Asya Atakişiyeva, Zümrüd Quliyeva, Xəyalə Meydanova, Könül Əbilova, Elnur Hüseynov, İradə Rəşidova, İlham Əsədov, Natiq Fərzəliyev, Anar Səfiyev və başqaları ifa edəcək.
  Tamaşanın premyerası dekabrın 29-na nəzərdə tutulur.
Oxşar xəbərlər