Röyanın Günayı festivaldan uzaqlaşdırmasına cavab...

  • 30 okt 2017, 15:58

Müğənni Günay İbrahimlinin bir müddət əvvəl Qazaxıstanda keçirilən "Star of Asia” musiqi festivalından qəsdən uzaqlaşdırılması barədə iddiasına aydınlıq gətirilib.

Musavat.com saytına açıqlama verən, Qazaxıstanda yaşayan müğənni Tural Everest bildirib ki, ifaçının iddiası əsassızdır: "Mən Qazaxıstanda çoxdan yaşayıram. Təşkilatçılar məndən Azərbaycandakı populyar müğənnilərin adını istədilər. Mən də Aygün Kazımova, Röya və Günay İbrahimlini bəyəndiyimi dedim. Sonra onlar Günay ilə Röyanı seçdilər. Mən də Tolikə zəng etdim. Sonra bildirdilər ki, iki müğənnini dəvət etməyə pulları çatmır, Röyanı seçirlər. Çünki izləyicisi çoxdur, həm də Qazaxıstanda məşhurdur. Burada mənlik və Toliklik məsələ yox idi. Günayı çox istəyirəm. Onu küsdürmək istəmirəm. Bizə kimi deyiblər, onu da dəvət etmişik”.

Qeyd edək ki, İbrahimli "ATV maqazin onlarla” verilişinə açıqlamasında bildirmişdi ki, prodüser Tolik onun festivala dəvət olunduğunu desə də, daha sonra ondan imtina edildiyini bildirib: "Mən o konsertdə var idim. Tolik dedi ki, özləri 2 müğənni istəyiblər. Amma sonra bilmirəm, nə oldusa, yox oldum. Festivala az qalmış zəng vurdular ki, Günay İbrahimli yoxdur. İnsanlara yaxşılıq etməyi xoşlayıram, o prinsiplə də yaşayıram. Kimsə mənə pislik edib əhval-ruhiyəmi poza bilməz. Məndən qorxurlar, çəkinirlər”.

Könül,
Musavat.com

Oxşar xəbərlər