Elzadan Tacirə : "Yaltaqlığın, ikiüzlülüyün..."

  • 05 okt 2017, 14:34

Əməkdar artist Elza Seyidcahan müğənni Tacir Şahmalıoğlunun onun barəsində dediyi "Sən dahisənsə, o birilər kimdi?" sözlərinə cavab verib. Lent.az-a açıqlama verən əməkdar artist həmkarına bu sözləri ünvanlayıb: "Əvvəla, dahinin yaşı olmur. Tək özümə dahi demirəm. Hər bir insan mənim üçün dahidir. Yaltaqlığın, ikiüzlülüyün dahiləri də var. Yaltaqlıqla, xainliklə tarixə dahi kimi düşənlər var. Elə dahilik nəyə gərəkdir? Çox xoşbəxtəm ki, mənə sağlığımda görkəmli rejissorlarımız, dahilərimiz dahi deyiblər. Bir insan işində peşəsini düzgün seçirsə, dahidir. Mənim Tacir Şahmalıoğlu ilə elə ünsiyyətim yoxdur ki, mən onunla oturub söhbət edim. Onunla təsadüfən verilişlərdə bir yerdə olmuşam. Bir də ki, Tacir bəstəkar deyil ki, mənim dahiliyimə qiymət versin. Nə də xanəndə deyiləm ki, xanəndəliyimə nəsə desin. Elza Seyidcahan dahilər məktəbində bir neçə gün də olsa təhsil alıb”.

 

Qeyd edək ki, müğənni T.Şahmalıoğlu "APA TV”-nin "Show time” verilişində E.Seyidcahan barədə bu sözləri demişdi: "Hər yerindən duran sənətkar və dahi ola bilməz. Əgər siz dediyiniz kimi Elza Seyidcahan özünə dahi deyirsə, onda dahilərə nə deyək? Elza Seyidcahan mənim yanımda dahi olduğunu desə, eyni sözləri ona da deyərəm. Hələ ki, bunu mənim yanımda etiraf eləməyib. Bəlkə də mənim yanımda demirlər. Yəqin, çəkinirlər".

 

Demokratik.Az

Oxşar xəbərlər