Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:07 - 22.02.2019  
Qaradağlının “qara siyahı”sına düşən məşhurlar
Tarix: 27-09-2017, 12:43 | Bölmə: Xəbərlər » Mədəniyyət

Xəbər verdiyimiz kimi, ötən gün ATV-nin prezidenti Vüqar Qaradağlı telekanaldan uzaqlaşdırılıb. Onunla birgə kanalın bir neçə vəzifəli əməkdaşı işdən çıxıb. Həmin hadisə ölkə gündəmini zəbt edib və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Qaradağlının “qara siyahı”sına düşən məşhurlarBir çox tanınmış simalar da ATV telekanalının eks-rəhbəri ilə bağlı ittihamlar səsləndirməyə başlayıblar. Şou-biznesin tanınmış siması Nura Suri ATV-nin vitse-prezidenti Rauf Dadaşovun istəyi ilə pulsuz şou-proqramlarda çıxış etdiyini vurğulayıb. Suri iddia edib ki, müğənnilər Dadaşovun istəyi ilə yay tədbirləri, restoranlar, şou-proqramlar və dövlət tədbirlərində ödənişsiz çıxış ediblər. Həmçinin, efirə çıxmaq üçün pul verməyən və çağırılan məclislərə getməyən ifaçılar qara siyahıya salınır.

Demokratik.Az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, təkcə bu hadisə Nura Surinin başına gəlməyib.  Şou-biznesin bir çox parlaq ulduzları belə bir problemlə rastlaşıblar.

Məsələn, sənətçilər üçün ən problemli məsələ toydur. Belə ki, ölkənin tanınmış simaları kanalın vəzifəli şəxslərinin adından toya çağırılır və ATV-nin əməkdaşlarının məclisində çıxış etmələri tələb olunur. ATV-nin "zapret” siyahısına düşmək istəməyən ifaçı məclisdə çıxış etmək üçün şadlıq sarayına gedir və hər dəfə yaşadığı mənzərə ilə yenidən qarşılaşır.  Yəni, həmin məclisdə ATV-nin heç bir işçisi ilə rastlaşmır. Hətta 15 dəqiqəlik mahnı oxuyan müğənniyə irad olunur ki, sizə yarımsaatlıq yer ayrılıb, niyə oxumamısınız?

Müğənnilər daha sonra öyrənir ki, toyun ATV ilə heç bir bağlılığı yoxdur və televiziyanın əməkdaşı ifaçını məclisə gətirmək müqabilində müəyyən qədər qonorar alıb.

Şou-biznesin bir neçə tanınmış ulduzu var ki, bu "kələk”dən xəbərdar olub və toyu yarımçıq tərk edib. Həmin məşhurlar avtomatik olaraq kanalın musiqi departamentinin rəhbəri Allahverdi Xələfov tərəfindən "qara siyahı”ya salınıb.

Belə ulduzlar arasında Nura Suri, Günay İbrahimli, Səidə Sultan, Xatirə İslam və başqaları var.  Bundan əlavə, əksər müğənnilər kanalın rəhbər şəxsləri arasında şəxsi münasibət zəminində qalmaqal yaşayıb və bununla da, kanalın "qara siyahı”sı genişlənməyə başlayıb.  Hətta ATV-nin ən populyar maqazin proqramı "müğənnisizlik”dən əziyyət çəkib və dəfələrlə iclasda məsələni müzakirəyə çıxarıblar. Lakin onların bu istəyinə önəm verilməyib.

Həmçinin, Xalq artisti Flora Kərimova, Əməkdar artist Elza Seyidcahan, müğənnilər Ayan Babakişiyeva, Günel Ələkbərova, Əli Mirəliyev, Aşıq Samirə, Əməkdar artist Mehriban Xanlarova və daha bir neçə məşhur ulduz ATV rəhbərinin qəzəbinə tuş gəlib. Siyahıda daha çox xanım sənətçilərin olması isə xüsusi diqqət çəkir.

Bundan başqa, kanal rəhbərliyi qonşu kanallarda seriala çəkilən, veriliş aparan, daha çox proqrama çıxan ulduzları "zapret”inə atıb. Oksana Rəsulova, Sevil-Sevinc bacıları, Roza Zərgərli və bir neçə nəfər də ATV-nin efirindən məhrum olub.

Xəbər 1781 dəfə oxunub






Oxşar xəbərlər

Qaçırılmış “Niva” Maştağadan tapıldı
Ayaz Salayev İbrahimbəyovu ittiham etdi
Əfv siyahısında kimlərin adı var?
İrəvanın Bəşər Əsədə dəstəyinin pərdəarxası
SOCAR Gürcüstana qazı ucuz satır - Açıqlama
Siyasətçilər Rüstəm İbrahimbəyovun yubileyindən danışır
"Bakı-xəbər"-in müxbirinin Gəncədə şərlədiyi heykələ rəsmi REAKSİYA
Polis orqanlarında rəis olmaq istəyənlərin nəzərinə!
"Air France" aviaşirkəti Venesuelaya reysləri ləğv etdi
Rusiyada ikinci qadın-milyarder peyda olub
Danimarka bankı Estoniyadan gedir
Kəmaləddin Heydərov bankını neçəyə satıb? - Qiymət açıqlandı
“ASAN xidmət”in mobil tətbiqi istifadəyə veriləcək
Elşad İskəndərovun Türkiyəyə girişinə qadağa qoyulub? - RƏSMİ açıqlama
Bakıda “kupça”sız mənzil qalmayacaq - FƏRMAN
Milli Şuranın fevralın 23-də mitinq niyyəti alınmadı
İlham Əliyev: “Tədricən məqsədimizə çatmışıq”
Deputat: "Boşanmaların sayına məəttəl qalmışıq"
Ələkrəm Hümbətovdan erməni və fars sayağı ittihamlar
Nazirliyin idarəsində ölüm hadisəsi oldu
Məşhur terror təşkilatının lideri Türkiyədədir (İDDİA)
Açıqlama - SOCAR-a qarşı “qara piar” kampaniyası?
Hakimiyyətdən dindar məhbuslarla bağlı yeni strategiya
Gəncə sakinində silah aşkarlanıb
Qubada “Prado” aşdı: 2 nəfər kömək gözləyir
İran Avrasiya İttifaqına qoşulacaq
Bulaqdan palçıq püskürdü: Astarada qeyri-adi hadisə (VİDEO)
Prezident sənədsiz binalarla bağlı fərman verdi
Məşhur polkovnik-leytenantı itirdik - Əliyaz Mirzəyev Gülhanədə müalicə alırdı
ATƏT sədri Azərbaycana səfər edəcək
Ramil Usubov Türkiyədə – VİDEO
Prezident Anar Kərimova YÜKSƏK VƏZİFƏ verdi
Nazirlər yenidən Qarabağı müzakirə etdilər
Sədr təyin olunan Fərid Şəfiyev kimdir? - DOSYE
Əli Kərimlinin Rövşən Quliyev “paradoks”u
“AFB Bank” Kəmaləddin Heydərovun əlindən çıxdı
Müşviq Ələsgərli və Əvəz Zeynallı dueli: "REKET KİMDİR?" Video
“Buta Airways”ın təyyarəsində nasazlıq yaranıb
Tramp Maduronu dəstəkləyən hərbçiləri təhdid edib
Azərbaycan neftinin qiyməti 68 dolları keçdi
Binəli Yıldırım vəzifəsindən istefa verib
Baş ağrısı ilə xəstəxanaya getdi, uşaq doğdu
Hökumət problemli kreditlər məsələsini həll edir - iddia
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları
Gəncədə işsizlik və perspektivlər: Mövzu dərindir - RƏYLƏR
“Putin Ərdoğana çox güvənir” – Dmitri Peskov
Prezident Sumqayıta milyonlar ayırdı
Rüstəm İbrahimbəyovu Bakıya Prezident Administrasiyası dəvət edib
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
Müğənni Fədayə Laçının şikayəti əsasında məhkəmə başlayır
Hüquq müdafiəçiləri Ramil Usubovla görüşdülər
İŞİD-in təbliğat və edam videolarını səsləndirən şəxs tutuldu
Zidan “Çelsi”ni çalışdırmaq üçün şərtlərini açıqladı
Prezident İlham Əliyev Sumqayıtda zavod açılışında iştirak edib
"Bakı-xəbər"-də GƏNCƏ YALANLARI və heykəli şərləyənin plagiatlığı
“Çeçenlərlə bağlı hadisədə üçüncü qüvvələrin İZİ”
Erməni nazir sayıqladı: "Məmmədyarovla dəhlizdə görüşə bilərik"
Çeçen lideri bəyan etdi: - “Azərbaycanla münasibətlərimizi heç bir təxribat poza bilməz”
Eldar Əzizov "Tarqovı”dakı məşhur restoranı bağlatdırdı - FOTO
Şimali Koreya lideri Vyetnama gedir
“Qarabağ” “Qəbələ” ilə üz-üzə gəlir
"İnternetdə təhqirlərin qarşısını almaq üçün.." - Əli Əhmədov
Müdafiə naziri Zakir Həsənov BƏƏ-yə yola düşüb
Çeçenistan müxalifətinin lideri də Azərbaycana müraciət etdi: "Olanlar təxribatdır"
Cüdoçumuz Oruc Vəlizadə Romada qızıl medal qazanıb
Abu-Dabidə "IDEX-2019" müdafiə sərgisi açılır
Bakıda kütləvi maliyyə fırıldağı - "Zərərçəkmişlərin sayı yüzlərlədir"
Qroznının ilk fəxri vətəndaşı baş verənlərlə bağlı bəyanat verdi
Cəlilabadda çay daşdı – Evləri su basdı
XƏBƏRDARLIQ - Bakıda sulu qar yağacaq

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.16773] initstartout [0.00016] initstartin [0.00087] calstart [0.01027] calend [0.00059] topnewsend [0.00453] rsssend [0.00000] ehgend [0.01470] tagsstart [0.00066] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.13591]