Sərdar Ortaç Manaf Ağayevin mahnısını paylaşdı:

  • 16 avq 2017, 18:32

 

Türkiyənin tanınmış müğənnisi Sərdar Ortaç "İnstagram” səhifəsində müğənni Manaf Ağayevin "Ana” adlı ifasını paylaşıb.

 

Türkiyəli ifaçının bu jestinə M. Ağayev də biganə qalmayıb.

O, sosial şəbəkədəki səhifəsində türkiyəli müğənniyə bu cür cavab verib: "Bir çoxları bizim oxuduğumuz Azərbaycan musiqilərinə ağız büzür. Amma Türkiyənin tanınmış müğənniləri bizim mahnıları sevərək oxuyub, paylaşır. Bu nə ilk, nə də sondur. Sərdar Ortaçın paylaşımı da xoş oldu. Yaşasın, Azərbaycan musiqisi”.

Qeyd edək ki, S.Ortaç M.Ağayevlə yanaşı əməkdar artist Baloğlan Əşrəfovun ifasını da öz səhifəsinə yükləyib./musavat.com/

Oxşar xəbərlər