Oksana ilə Elşadın səs-küylü filminin yayım tarixi bilindi

  • 07 avq 2017, 12:55

Rəqqasə Oksana Rəsulovanın rəhbəri olduğu "Oksimedia” şirkətinin ekran həyatı verdiyi "Mələyin öpüşü” filminin nümayiş tarixi bəlli olub.

Musavat.com xəbər verir ki, film sentyabrın 14-ü qala gecəsi keçiriləcək. Sentyabrın 15-dən etibarən isə kinotetarlarda nümayiş olunacaq. Artıq ekran işinin posteri də hazırdır.

Qeyd edək ki, "Mələyin öpüşü”nün ssenari müəllifi Əlibəy Məmmədli, Əskər Əli Hacızadə, Süleyman Süleymanzadədir. Filmdə eyni zamanda Şamil Süleymanov, İlhamə Qasımova, Münəvvər Əliyeva, Şəhriyar Əbilov da rol alıb.
Filmdə diqqət çəkən məqamlardan biri də boşanan Oksana ilə Elşadın öpüşmə səhnəsidir. Rəqqasə filmin reklam çarxını "Bu da sizə şok!" şərhi ilə paylaşmışdı.


Oxşar xəbərlər