Ebru ilk dəfə evli sevgilisindən danışdı

  • 20 iyul 2017, 21:51

Aparıcı Ebru Şallı evli sevgilisi Uğur Akkuş haqqında ilk dəfə danışıb.

Türkiyə mətbuatına istinadən xəbər verilir ki, o sevgilisinin evli olduğunu bildiyini deyib:

"Uğur ilə üç aydır ki, gözəl davam edən münasibətimiz var. Münasibətə başlamazdan əvvəl Uğur mənə üç ildir davam edən və beş ayrı iddiadan ibarət bir boşanma prosesi içində olduğunu və yaxında boşanacağını söylədi. Ayrıca bir ildir yoldaşıyla eyni evi paylaşmır”.

Münasibətlərinin çox ciddi olduğunu söyləyən Şallı "Münasibətimizdə önümüzdəki günlərdə sürpriz yenilik də ola bilər”-, deyə qeyd edib.
Qeyd edək ki, Şallı bir müddət öncə sevgilisi ilə gəmidə görüntülənmişdi. Daha sonra sevgilisi Uğur Akkuşun evli olduğu ortaya çıxmışdı. Akkuşun həyat yoldaşı isə sosial şəbəkədə sözügedən şəxsin onunla evli olduğunu və iki uşaqları olduğunu bildirmişdi.

Demokratik.Az

Oxşar xəbərlər