Natavan Həbibi və "DADO"nun toy günü bəlli oldu

  • 05 iyul 2017, 14:41
Müğənni Natavan Həbibinin subaylığın daşını atacağı gün dəqiqləşib. Lent.az-ın məlumatına görə, N.Həbibi iyulun 17-də paytaxt restoranlarının birində reper Dado (Səid) Əliyevlə nikah masasına oturacaq. Cütlük özəl günlərinə ailə üzvləri ilə yanaşı, şou-biznesin bir çox tanınmış simalarına da dəvət göndərib.

Qeyd edək ki, reper Dado ötən ay toy xəbəri barədə danışarkən bu sözləri demişdi: "İnşallah, növbəti ay toyumuzdur. Bəzilərinin çoxdan gözlədiyi toy nəhayət, baş tutacaq. Amma dəqiq vaxtını hələ demirəm". 
Oxşar xəbərlər