Şou ulduzlarımızın şəxsi biznesləri var

  • 09 apr 2017, 10:23
Demokratik.Az "bizplus"a istinadən xəbər verir ki, tanınmış şoumen Murad Dadaşovun şirniyyat evi var. Həmin şirniyyat evi "Cot’dAzur” adlanır. Qiymətlər tortun dizaynından asılı olaraq, 25 -35 manat arasında dəyişir. Bu qiymətə siz çox sadə və kiçik həcmli tort əldə edə bilərsiniz. Əgər toy və nişan üçün şirniyyatı həmin məkandan sifariş etmək fikrindəsinizsə, gərək əliniz cibinizdə olsun . Belə ki, bu məkanda nişan və ziyafət üçün 50 nəfərlik tort 300 manata başa gəlir. Şirniyyatın üzərində əlavə fiqurlar olarsa, bunun qiyməti də əlavə hesablanır.


Əməkdar artist Röya Ayxan da özünə yeni biznes qurub. Müğənni özünə yeni moda evi açıb. "First fashion Lab” adlanır. Müğənni deyir ki, peşəkar modelyer Sabina Hüseyn və onun komandası moda evində xanımlar üçün bir-birindən fərqli libaslar hazırlayır. O ki qaldı geyimlərin dəyərinə , moda evi yeni açıldığı üçün qiymətlər hələ ki müəyyənləşdirilməyib.

Müğənni Xatirə İslam isə xınayaxdı mərasimləri təşkil etməklə özünə əlavə iş qurub. Onu da qeyd edək ki, böhran müğənninin biznesindən də yan keçməyib. Burada qiymətlər 1500 manatdan başlayır. Bu qiymətə gəlinin oturacağı yerin bəzədilməsi, xüsusi mərasim libası, səs avadanlığı, "haxışda” oxuyan ifaçı daxildir. Əgər könlünüzdən daha təmtəraqlı xına mərasimi keçsə, onda qiymətlər də dəyişəcək. Bütün məkanın bəzədilməsi, səs avadanlığı, dekor, çəkiliş qrupu və Xatirənin bir saatlıq çıxışının daxil olduğu mərasim sizə nə az, nə çox- düz 5000 manata başa gələcək. Qeyd edək ki, bu məlumat müğənninin prodüseri tərəfindən verilib.

Rəqqasə Fatimə Fətəliyeva da xına yaxan, "haxışda” oxuyan məşhurlardandır. Dekor, ansambl, çəkiliş, "haxışda” ifaçısı və Fatimənin aparıcılığı sizə 2000 manata başa gələ bilər. Müştərinin istəyindən asılı olaraq, dekor dəyişdikcə qiymət də artır. "Mon Amour” kompaniyası bir çox xınayaxtı mərasimlərində rastınıza çıxmamış olmaz.

Şou-biznesin ən zövqlü kişi müğənnilərinin başında gələn Zamiq Hüseynov "ZH” kişi geyim dükanının sahibidir. Zövqü ilə həmkarlarından fərqlənən Zamiqin mağazasında yalnız kişilər üçün geyimlər və ayaqqabılar satılır. Lakin böhran onun da biznesinə təsir edib. Belə ki, mağazadakı məhsullar 10, 20, 30 manata qədər endirilib.

Gözəl müğənnimiz Nüşabə Ələsgərli də şəxsi biznesi olan məşhurlar siyahısındadır. Müğənni "Solmaz” qadın gözəllik salonunun sahibəsidir.

Əkiz bacılar Sevil və Sevinc ötən günlərdə "SS” adlı butiklərinin açılışını ediblər. Ayaqqabı satan mağazaya çoxsaylı məşhurlar axın edir. Bacılar bildiriblər ki, qarşıdakı günlərdə yeni dırnaq salonu və ətir mağazası açmaq istəyirlər.

Rəqsanə İsmayılova da şəxsi biznesi olan müğənnilər sırasındadır. Ötən il fəaliyyətə başlayan gözəllik salonu indi kütləvi endirimlərə başlayıb. Hətta salonda gəlinin bəzədilməsi 100 manata qədər endirilib.

"Bu şəhərdə” adlı konsert proqramı ilə il ərzində 2 dəfə tamaşaçıları ilə görüşə gələn aktyorlar Rafael və Coşqun "Bu şəhərdə” restoranının sahibidirlər.

Müğənni Ruhi "Emerald” zərgərlik evinin sahibəsidir.

Qalmaqallı müğənnisi, əməkdar artist Abbas Bağırov "ABA” şirniyyt evinin sahibidir.

Müğənnilikdən öncə aşpazlıqla məşhur olan yanıq səsli ifaçı Niyam Səlami "Həsir” restoranına rəhbərlik edir.

Teleaparıcı Lalə Əlimuxtarova – "Nargilə” çay evinin sahibəsidir.

Məşhurlarımızdan olan Xəyyam Nisanov gəlirini tək ifaçılıq etməkdən qazanmır. Nisanov "Little Smile” uşaq əyləncə mərkəzinin sahibidir.

Müğənni İlqar Muradov da şəxsi biznesi olan müğənnilərdəndir. O, "Fayton” restoranının sahibidir.

Ölkənin ən uzunmüddətli musiqi qruplarından olan "Şeron”un solisti Ülvi "Abşeron” şadlıq evinin sahibidir.  

 

Demokratik.Az

Oxşar xəbərlər