Aqşin Yenisey Mövludun adına mükafat təsis etdi

  • 20 mart 2017, 13:12

"Gənc yazıçı Mövlud Mövludun intiharı hamımızı sarsıdıb. Bu intihar onu göstərir ki, yaradıcı gəncliyin qayğıya, diqqətə ehtiyacı var. Sadəcə, yazı yazmağın, fikir bildirməyin bizi sabah bu ehtiyac qarşısında belə bədbəxt hadisələrdən sığortalayacağına inanmaq sadəlövhlük olardı. Hər kəs nəsə etməlidir”. 

"Qaynar" xəbər verir ki, bunu tanınmış şair Aqşin Yenisey "Facebook" səhifəsində yazıb.

"Bir qərara gəldim ki, Mövludu qoruya bilməsək də, onun həmyaşıdı olan 28 yaşınadək gənc yazarlar üçün hər il öz qonorarım hesabına Mövlud Mövludun adını daşıyan illik şəxsi ədəbi mükafat təsis edim. Mükafatlar simvolik olaraq belə olacaq:

1. İlin ən yaxşı hekayəsi – 300 azn (Bir aylıq kirayəpulu)

2. İlin ən yaxşı şeri – 200 azn (Bir aylıq kommunal xərclərin pulu)

3. İlin ən yaxşı publisistik yazısı - 100 azn (Bir aylıq yolpulu)

Mükafatı hər il Mövlud Mövludun ad günündə təqdim etməyi düşünürəm. Daha geniş məlimat yaxınlarda facebook səhifəmdə yerləşdiriləcək”.

Oxşar xəbərlər