17 yaşlı İbrahim İsveç tamaşaçılarını ifası ilə ağlatdı

  • 20 mart 2017, 11:09
İsveçdə yaşayan 17 yaşlı azərbaycanlı İbrahim Nəsrullayev qatıldığı yerli musiqi yarışında favoritə çevrilib. TV4 telekanalının təşkil etdiyi "Talent 2017” istedadlar müsabiqəsində İbrahimin isveç dilində ifası bütün zalı, o cümlədən münsifləri ağladıb. İfasını bitirəndə zaldakı tamaşaçılar azərbaycanlı gənci ayaq üstə alqışlayıblar.

Telekanal xəbər verib ki, Nəsrullayev ailəsi İsveçə bir il əvvəl miqrant olaraq gəlib.

Oxşar xəbərlər