“Yoldaşım təşvişə düşdü, mənə elçi gəldi” – VİDEO

  • 14 mart 2017, 16:04

ARB TV-nin "Ömrün fəsilləri" verilişinin qonağı olan xalq artisti Rühəngiz Qasımova maraqlı açıqlamalar verib.

O, illər öncə idmanla məşğul olduğunu söyləyib:

"Yaxşı tullanırdım. Dedilər ki, bir az da qaldıraq. Qaldırdılar və onu da tullandım. Yenə qaldırdılar. Bu dəfə tullananda isə döşəyin üstünə dizi üstə çöküb arxaya yıxıldım. Belim sanki ikiyə bölündü. Şikəst də olmasam, indi havalar dəyişəndə sızlayır. İdmanı daha sonra buraxdım".

Rühəngiz Qasımova şeirlərinin çoxunu gecə yazdığını bildirib:

"Şeirlərin çoxunu gecələr yazıram. Gecələr hamı yatandan sonra rahat işləyirəm. Hər hansı pyes yazanda 1-2 il düşünüb sonra yazıram. Sonra oturub 1 həftəyə bitirirəm. Ən çətini əsərin adını düşünməkdir.

Xalq artisti ailəsindən söz açıb:

 

"2 övladım var. Artıq 52 ildir evliyəm. "Anacan, dostum evlənir" mahnısı ona yazılıb. Məni çox yaxşı başa düşür. Qapalı insandır. Mən tam əksiyəm. Bizə hamı deyirdi ki, siz necə yaşayacaqsız, o sakitdir, sən yerində dura bilmirsən. Amma hamı gördü ki, alınır. Fikrət Qoca mənə kömək elədi. Şeiri yazdıq, mahnını hazırladıq. Sonra xasiyyəti dəyişdi, özünə güvəndi. Sonra biz bir dənə də mahnı yazdıq. "Gəlmirsən gəlmə" adlı mahnı idi. Onu da İlhamə Quliyeva oxudu. Sonra o, təşvişə düşdü, gəldi elçiliyə, nişan taxdıq. Nişandan sonra "Anacan, dostum evlənir" mahnısını yazdıq".



 

Demokratik.Az

Oxşar xəbərlər