İmam Mehdi gəlib? – Məkkədən ŞOK VİDEO

  • 29 dek 2016, 09:47

Dünyadakı hər üç səmavi dində - İslamda, yəhudilikdə və xristianlıqda xilaskarın gəlişi haqqında inanclar var. İslamda bu imam Mehdi, yəhudilikdə Məsih, xristianlıqda isə İsa Peyğəmbərdir.

Müsəlman inancına görə, İmam Mehdi qeybə çəkilib və qiyamətə yaxın günlərdə peyda olacaq.

Türkiyənin "A9” telekanalının müqəddəs Məkkə şəhəri ilə bağlı hazırladığı sujetdə İmam Mehdinin gəlişi ilə bağlı şok məlumatlar yer alıb.

Telekanalın sujetində Məkkə şəhərində inşa olunan dünyanın ən böyük saat qülləsinə və dağların içindən keçən tunellərə diqqət çəkilib.

Daha sonra Məhəmməd Peyğəmbərin 1400 il öncə dediyi sözlər xatırlanır.

İbn Abi Şeyfahın "El Muşannef” kitabında 124-cü hədisdə Məhəmməd Peğəmbərin 1400 il öncə dediyi sözlər yer alıb: "Məkkə dağlarını dəlinmiş, binaları dağlara çatmış, saatın kölgəsinin inananların üzərinə düşdüyünü gördüyündə vaxt çatmışdır”.

Dini mütəxəssislərə görə, Peyğəmbər "vaxt çatmışdır” deməklə İmam Mehdinin gəlişinə işarə edib. Həmçinin, Peyğəmbərin dediyi kimi hazırda Məkkə dağları tunellərlə dəlinib, göydələnlər dağlara çatıb və saatın kölgəsi Kəbədə ibadət edən müsəlmanların üzərinə düşür. Bu, İmam Mehdinin gəldiyini göstərir.

Yenə eyni kitabda yer alan başqa hədisdə bəhs edilir: "Məhəmməd Peyğəmbər axirət zamanı Məkkəni belə təsvir etmişdir: "Məkkəni qarnı açılmış, içindən çay kimi yollar keçərsə, binaları dağlardan ucadırsa, saatın kölgəsi üzərinizə düşürsə, diqqət et”.

Sujetdə bu işarələrin imam Mehdinin gəlişinə sübut olduğu qeyd olunur.(Publika.az)
Oxşar xəbərlər