MTN olayına yeni baxış...

  • 24 dek 2016, 14:47

Bir ildən  artıqdır ki,  Azərbaycan cəmiyyəti  Milli Təhlükəsizlik Nazirliyi ( MTN ) ilə bağlı baş verənlər üzərində "baş sındırsa” da hələ ki suallara cavab tapa bilmir.

Nəinki siravi insanlar, hətta  təcrübəli ekspertlər  belə MTN olayı ilə bağlı konkret fikir söyləyə bilmir.

Nə baş verib..?  Obrazlı desək, "cini şüşədən kim buraxdı, niyə buraxdı..?”

Əlbəttə, ölkənin milli təhlükəsizliyi ilə bağlı qurum bütün zamanlarda diqqət mərkəzində olub.

70 il tərkibində  yaşadığımız, dünyanın fövqəl dövləti olan  SSRİ-də belə güc stukturları arasında bir "nüfuz-təsir  söhbəti” olub.

Məlumdur ki, SSRİ kimi nəhəng  dövlətdə  Daxili İşlər Nazirliyi ilə Dövlət Təhlükəsizlik Xidməti  ( KQB ) arasında həmişə "nüfuz-təsir”  rəqabəti olub. Bu rəqabət müəyyən həddə qədər effektli olur  və cəmiyyət-dövlət üçün lazımdır. Yəni  qarşılıqlı  nəzarət  xarakteri   daşıyır. Ancaq bu rəqabət  müəyyən həddi keçəndən sonra cəmiyyət üçün təhlükəyə çevrilir.    

Müstəqillik əldə etdiyimiz  25 ildə ölkənin bu iki  qurumunda ciddi proseslər baş verib.

İlk öncə  MTN-nin təcridxanasından  keçmiş müdafiə naziri  Rəhim Qazıyev başda olmaqla bir qrup şəxsin qaçırılmasını yada salaq...Nazir  və ətrafı həbs olunur...

Sonra  Daxili İşlər Nazirliyi ilə bağlı "Qara kəmər” əməliyyatı yada düşür.

Məlum olur ki, "ölkənin baş killeri”  Hacı Məmmədov  uzun müddət  Daxili İşlər Nazilrilyində əyləşib.

Bu rəqabət sonra da davam edir.

Aqil Xəlill olayını yada salaq.

Ölkənin baş Hava limanında genarallar üz-üzə gəlir...

Bunlar cəmiyyətə məlum olanlardır...

Biz hər iki qurumun son 20 ildə gördüyü müsbət işlərə kölgə salmaq istəmirik. Amma ortada ciddi problem var.

Və bizim məqsədimiz kiməsə vəkillik eləmək, kiminsə "əlini-üzünü yumaq” deyil.

Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi, heç kim toxunulmaz deyil. Hər kəs öz əməlinə-cinayətinə adekvat olaraq cəzasını almalıdır. Amma...hər şeyi yoğurub-yapıb kiminsə üstünə atmaq özü də ...yolverilməzdir. ( Bəlkə Rəhim Qazıyev və digər şəxslərin qaçırılmasını da bu şəxslərin üzərinə qoyaq..?)

Son bir ildə mətbuatdan izlədiyimiz məlumatlardan aydın olur ki, əsas ittiham budur: "MTN-nin generalı  Akif Çovdarov mənə hədə-qorxu gəldi...pulumu aldı...məni ölümlə təhdid elədi”.

Müdriklər  demişkən, dənizin dadını bilmək üçün  bir damcı da kifayət edər.

Həmin ittihamlardan birinin üzərində dayanaq və problemə nəzər salaq.

Ölkənin  bərk gedən,  azad mətbuat nümayəndəsinə  "nə burcudursan?” deyən  Metropoliten rəisi  Tağı Əhmədov deyir ki, Akif  Çovdarov  mənə hədə-qorxu gələrək 3 milyon manatımı aldı..)

Birincisi, Tağı müəllim  loru dildə desək "qabağından yeyən oğlan" deyil ki, Çovdarovdan qorxub ona 3 milyon verə...

İkincisi, axı Tağı müəllim  sıradan biri, yaxud sahibkar-zad deyil ki, səsi-ünü-harayı, əli-qolu heç yerə çatmaya...

Üçüncüsü, Tağı Əhmədov  ölkənin strateji obyektlərinin birinin rəhbəri kimi asanlıqla prezident cənab İlham Əliyevə, Prezident Adminstrasiyasının  rəhbəri cənab Ramiz Mehdiyevə məruzə edə bilərdi...

Dördüncüsü, Tağı müəllimdə   3 milyon manat haradandır..?

Axı, o ömrü boyu dövlət işində çalışıb...konkret əmək haqqı alıb...bunu hesablasaq ən çoxu  400-500 min manat edər...

Əgər Tağı  Əhmədov həqiqətən də Çovdarova 3 milyon  veribsə, deməli özündə də 30 milyon saxlayıb...Bu pullar haradandır..? 

Axı, Tağı müəllim  həmişə deyirdi ki, kinoya getməyə 20 qəpik tapmırdım...yazdığım şeirin 3-4 manat qonorarını almaq üçün günlərlə redaksiyaların qabağında gözləyirdim..
Axı, belə adam birdən birə necə milyonçu olur...Bəlkə möcüzə baş verib..? 
Əlbəttə, biz kimlərinsə pulunu  sayacaq dərəcədə paxıl deyilik.

Amma suallar çoxdur...

Nə qədər ki, Azərbaycan cəmiyyəti bu suallara cavab tapa bilmir...vəziyyət belə də davam edəcək  və bizlər  hələ uzun müddət məhkəmə -tamaşalarının seyriçisi olacağıq.

Azərbaycan cəmiyyəti artıq tamaşadan bezib...

NUH.az

 

Oxşar xəbərlər