Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

13:13 - 19.05.2019  
İsgəndər Həmidovun xanımı
Tarix: 24-12-2016, 09:22 | Bölmə: Xəbərlər » Maraqlı

İsgəndər Həmidovun xanımı

Sevda Sultanova

Onunla bu il isti yay günlərindən birində tanış olduq...

Vəkil Elton Quliyev haqda danışmaq üçün İsgəndər Həmidovla görüşməli idik (E.Quliyev 2000-ci illərdə illərdə İ.Həmidovun vəkillərindən biri idi-S.S.).

Həmkarım İzolda Ağayeva ilə məni aşağıda İsgəndər bəy qarşıladı. 

Yuxarı qalxdıq, qapını çox zərif, gözəl bir qadın açdı.

Başı bağlı idi, üzündə solğunluq vardı.

Asta yerişindən, hərəkətlərindən, qırılğanlığından vücuduna hopmuş zəiflik duyulurdu.

Söhbət əsnasında Rəna xanım xəstə olduğunu, bu səbəbdən bizə ürəyi istədiyi kimi qulluq eləyə bilmədiyini üzrxahlıqla, məyusluqla bir neçə dəfə dilə gətirdi.

Xərçəng xəstəliyindən müalicə olunduğunu biləndə sarsılmışdıq.

Bizi heyrətləndirən ağır xəstəliyin onun gözəlliyinə, zərifliyinə zərrə qədər toxuna bilməməsi idi. Əksinə, sanki xəstəlik özü onun cazibəsinə təslim olmuşdu. 

Heyrətimizə daha çox səbəb verən isə Rəna xanımın ağrılarına, üzüntüsünə rəğmən üzündən əskik olmayan təbəssümü, sınmaması, gücü idi.

Fikrimiz istər-istəməz ara-sıra otağa girib nəsə lazım olub-olmadığını, qayğıkeşliklə "İstidən gəlmisiz, nə gətirim sizə? Çay, su, sərin qarpız da var, təbii qarpızdır” soruşan qadında qalmışdı.

Çəkiliş bitəndən sonra Rəna xanım dilimlənmiş qarpız boşqabını gətirdi. 

"Bağışlayın, siz Allah çəngəlləri unutmuşam”. Salonun küncündəki siyirtməyə yaxınlaşdı, qızılı rəngli çəngəllərı çıxardı, həlim səsi yenə qulaqlarımızı oxşadı: "Yeyin, bayaqdan işləyirsiz”.

Sonra divanda yanımızda oturub söhbətləşdi, ölkədəki hadisələrdən danışdı. Bildik ki, gündəlik mətbuatı sıx-sıx izləyir, xəstəliyindən çox olanlardan narahatdır. 

Onu yormaq istəmədiyimiz üçün ayağa qalxırıq. Qapıya ötürəndə yenə lazımınca diqqət göstərə bilmədiyi üçün uzrhaqlıq elədi, ardınca da dedi: "Siz Allah özünüzə yaxşı baxın, xəstələnməyin”.

Bu evdən Rəna xanımın energetikası ilə ayrıldıq. İzolda ilə uzun-uzun ondan danışdıq, "Görəsən müsahibə verər?” dedik.

Rəna xanımın xəstəliyi həyat yoldaşının həbsi zamanı yaşadığı stressdən, əsəbdən, həyəcandan qaynaqlanmışdı. Peşəsi həkimlik olsa da, xəstəliyin irəlilədiyini gec bilmişdi.

Ağlımızdan keçdi ki, bəlkə də başqa qadın olsaydı, yoldaşından dolayı bunca əzablara, çətinliklərə qatlanmazdı...

Orda olduğumuz müddətdə Rəna xanımın kübar davranışı, həyat yoldaşına sevgisi, sayğısı, qayğıkeşliyi diqqətimizi istər-istəməz çəkirdi.

Və onun təbəssümündə, sevgisində, sayğısında zərrə qədər falş yox idi.

Rəna xanım üçün ən ağır şərtlərdə sevdiyi kişinin, ailəsinin yanında olmaq qəhrəmanlıq, fədakarlıq yox, sadəcə normallıq, təbii davranış idi. Başqa cür olmağı o düşünməmişdi də. 

O, həyat yoldaşının həm də güc qaynağı idi. Həbsdə qaldığı müddətdə İsgəndər bəyin psixoloji müqavimətinin dayanıqlı olmasında Rəna xanımın payı xüsusidir. İ. Həmidov bunu söhbətində özü dedi. 

Əgər cəmiyyətdə hələ yaxşı nələrəsə varsa, həm də Rəna kimi güclü, sınmayan qadınların sayəsində var. Çətin şərtlərdə ləyaqətlə yaşamağı bacaran, fədakarlığını nümayiş etdirməyi ağlının ucundan belə keçirməyən bu qadınlar cəmiyyətin

sağlam məhək daşlarıdır.

Onları yunan mifologiyasında hər şeyin yaradıcısı, yuvasını, uşaqlarını qorumaq üçün Uranla müharibəyə qalxan, onu məğlub eləyən torpaq ilahəsi cəsarətli Geyaya bənzədirəm...

Səssiz yaşayıb, səssiz gedən, unuda bilmədiyim Rəna xanımın ruhunun heç olmasa başqa dünyada dinclik tapacağına ümid edirəm...

 

Demokratik.Az

Xəbər 2642 dəfə oxunub






Oxşar xəbərlər

İranda qum fırtınası başlayıb
Oqtay Əsədov Zelenskinin andiçmə mərasimində iştirak edəcək
Şəmkirin icra başçısı Dilqəm Əsgərovun oğlunun torpağını əlindən alır ?
Trampın gəlirləri və borcları açıqlandı
Ərdoğanın yaşlı qadınla söhbəti rekord qırdı - VİDEO
Gürcüstanın sabiq prezidenti qaynaqçılıq edir
ADAU-da Gəncə-Startap günləri başldı
Gədəbəydə aptek talayanlar Gəncədə tutuldu
İran raketləri Fars körfəzindəki Amerika gəmilərini hədəfə alıb
"Azərbaycan ABŞ-a 8,2 mlrd dollar investisiya qoyub"
Ceyhun Osmanlıya Avropada vəzifə verildi
Afaq Bəşirqızı məmurlara çağırış etdi: “Siz də ayılın...”
AVF-nin baş katibi dəyişib
Çin TV Azərbaycan haqqında 8 seriyalı film çəkib
Cavid Qurbanovun "İSPAN TAPMACASI" - 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?
Abşeron İHB daha bir jurnalistə qarşı - Məhkəmə İŞİ
Gəncədə körpülər əsaslı təmir olunacaq
Adnan Oktarın həbsxanadan - FOTOLARI
"Emin 444"ün "morqda" çəkilən görüntüləri yayıldı
Atəşkəs rejimi 26 dəfə pozulub
Musabəyovun bağlatdığı popkorn satışı yenidən açıldı
ABŞ hərbi gəmiləri Fars körfəzinə daxil olub
ABŞ-ın İrəvana son ismarışı, köhnələn “Rusiya kartı”...
İquain "Yuventus"a qayıdır
Vidadi Rzayevdən ŞOK açıqlamalar: ..hamısı aftafalardı, yaltaq və sümsüklərdi"
İlan mələyən çöllərimizdəki “ilan zəhəri”adlı böyük xəzinə
"AĞ PARTİYA" başqanı "Yeni Müsavat"-a MÜSAHİBƏ verdi
AYB 8000 manat qarşılığında seks-striptizə göz yumur -VİDEO
Müxalifətdən Pənah Hüseynin seçki blokuna reaksiya
Brüssel zirvəsi başa çatdı – nəticələr...
ABŞ “Huawei” şirkətini qara siyahıya salıb
“Donald Tramp, hanı azadlıq?” – MADURO
“Bu fərman müstəsna rol oynayacaq…” – Ali Məhkəmənin sədri ilə MÜSAHİBƏ
Orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək
“Zakir Fərəcov Sumqayıtda boş yer qoymadı…” – “Kristal Abşeron”la birlikdə…
Azərbaycan Avropanın sənədinə niyə imza atmadı?
Gəncə Avtomobil Zavodu ELEKTROBUS istehsal edir
“Avroviziya”da terror təhlükəsi var?..
Ermənilərin qənimi olan Bakı qoçuları…
“Elçibəyin ruhundan üzr istəyirəm” – Emin Milli
Ölümdə adı keçən həndbol hakimi həbsdən necə qurtuldu? - Nazirin yazdığı məktub üzə çıxdı
Tovuzda mağazadan oğurluq edən şəxs saxlanılıb
Bakının mərkəzində atışma - Generalın qohumu tutuldu -
Macarıstan Səfirliyinin diplomatı ADAU-da olub
Abşeron "kraliçası"nın "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
Elmar Vəliyevin nömrəsini əlindən aldılar(?) — FOTO
"Sona qədər savaşarıq" - Çin ABŞ-ı hədələdi
“HƏDƏ və GƏDƏ qarşısındakı AZƏRBAYCAN!” – Deputat yazır...
Abşeron İHB niyə “Mediafobiya”ya tutulub? İradə Gülməmmədovanın tənqidə münasibəti xaotikdir
Mir Şahin "Brüssel olayı"ndan sərt danışdı - "Ağrınızı yenə vətən çəkir " / VİDEO
Emin Milli Prezident İlham Əliyevdən ÜZR istədi
Günəşdə güclü maqnit qasırğası olub
Bakıda “bomj”u öldürən şəxsə hökm oxunub
İlham Əliyev və Nikol Paşinyan görüşdü
Tramp Putinlə görüşəcək
Dişləri möhkəmləndirən qidalar – SİYAHI
“Bu fırıldaq sxemlə “OTKAT” alıblar…” – Sabiq nazir müavini həbs edilə bilər
Ramazanın 9-cu gününün duası – İmsak və iftar vaxtı
"Çinlə bağlı 325 milyardlıq qərarı verməmişəm"
Mənsimov Əli İnsanovla əməkdaşlığa MÜMKÜNSÜZ dedi
Bu gündən 72-ci Kann Festivalına start verilir
Paşinyan: “İlham Əliyevlə qısa danışığımız oldu”
Aygünün qızı tanınmaz halda - FOTO
Sumqayıtda FHN əməkdaşını qətlə yetirən şəxs KİM imiş?
Putin: “Bu silah birinci bizdə olmalıdır”
Rusiya təyyarələri İbliddə sivilləri yaraladı - İddia
“İki ildir hər yerdə sənə “zibil” deyir, susursan…” – “Lotu Quli”
Bitkoinin qiyməti 7 min dolları keçib
Xalidə Bayramova cinayət məsuliyyətinə cəlb edilir?
Vüsal Rzazadə ilə bağlı vitse prezidentə MÜRACİƏT olundu

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.21848] initstartout [0.00019] initstartin [0.00093] calstart [0.01205] calend [0.00066] topnewsend [0.00490] rsssend [0.00000] ehgend [0.00815] tagsstart [0.00072] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.19082]