Putin "Nobel Sülh Mükafatı" ala bilər?

  • 21 dek 2016, 09:49

Fransanın Siyasi və beynəlxalq münasibətlər Mərkəzinin rəhbəri Faben Bossar Rusiya prezidenti Vladimir Putinin Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb.


Mərkəzin rəhbəri bu haqda "RİA-Novosti” agentliyinə bildirib.

"Düşünürəm ki, prezident Putin mükafata layiqdir. O, tək adamdır ki, həqiqətən də terrorizmlə mübarizə aparır”, – Bossar vurğulayıb.

Politoloq bildirib ki, o, Rusiyadan kənarda siyasətçilər və ekspertlərin Rusiya prezidentinin namizədliyini dəstəkləməsinə bel bağlayır. (publika.az)