Demokratik TV
Xəbər lenti
Biabırçı tərcümə - " bax, indi dalını dağıtdılar" /VİDEO
- 26 noy 2016, 19:27
Ötən gün gecə saatlarında efirə gedən "Kabus və zülmət" filmində personajlardan biri qeyri-etik ifadələr səsləndirib.
Bizimyol.info xəbər verir ki, aktyor rol aldığı ekran əsərində" bax, indi dalını dağıtdılar" ifadəsini işlədib. Bu sözlər öz dilimizə tərcümə olunaraq "ARB" telekanlının efirində yayımlanıb. Qeyri-etik ifadə bir neçə dəfə təkrar olunub.
Xatırladaq ki, bundan öncə ARB media qrupuna aid olan "Günəş” telekanalında da analoji hal yaşanmışdı.
Tərcümənin bu şəkildə efirə verilməsi sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Həmin mövzuyla əlaqədar MTRŞ-nın yerli mətbuata açıqlamasında bildirilmişdi ki, burada hüquqi cəhətdən qanun pozuntusu yoxdur.
"Əgər gecə 11-dən sonra hər hansı ədəbsiz ifadə işlənirsə, Şura bunun qanun pozuntusu olduğunu müəyyənləşdirə bilməz".
Şuradan həmçinin qeyd edildi ki, kanalın rəhbərliyi ilə danışıblar. Onlara bildiriblər ki, belə ədəbsiz sözə görə proqramın rəhbəri cəzalandırılıb.
Samir Mirzə
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
MTRŞ: “Qanlı yanvar” filmində xeyli qanun pozuntuları aşkarlanıb - SİYAHI
Arif Quliyev xanım jurnalisti ədəbsiz ifadələrlə təhqir etdi
"Mirşahinin üzrü günahından da betərdi" - VİDEO
Biri“şillə-təpik"dən,digəri də "molotov kotleti"ndən danışıb
“Qadınsız kişilər” Azərbaycanda
Sürücü protokolu necə ləğv etdirə bilər? - VİDEO
Bu cizgi filmlərində zorakılıq elementləri mövcuddur - MTRŞ
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti