65 yaşdan yuxarı şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək

  • 30 sen 2016, 21:07
Milli Məclisin iclasında "Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Layihə haqda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Qanunun 33-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən, "BE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ -19 yaşdan ("B” kateqoriyasına daxil oan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 1 ildən az olmamaq şərtilə), Tramvayları, trolleybusları idarəetmə hüququ -21 yaşdan, ”CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ -21 yaşdan ("C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə), "D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ-23 yaşdan (65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək səhəsində təcrübə 5 ildən az olmamaq şərtilə), "DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ-26 yaşdan (65 yaşadək və "D” kateqorioyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə) yuxarı şəxslərə veriləcək. 

"İctimai nəqliyyatın tənzimlənməsi çox pis vəziyyətdədir”

Müzakirə zamanı Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib ki, D və E kateqoriyalı sürücülərin ən azı 3 il təcrübəsi olmaldır. "Qanunda da bu yaş həddi 23 olaraq göstərilib. Biz bu yaşdan 3 il təcrübəni də çıxsaq belə çıxır ki, sürücü 17-18 yaşından işləməyə başlamaldır. Bu isə mümkün deyil”. Deputat bildirib ki, nəqliyyatda sürücülərin işinə ciddi nəzarət olunmalıdır.
"Bu gün Avropada sərnişindaşımaya xüsusi yanaşma mövcuddur. Bizdə də belə olmalıdır. İctimai nəqliyyatın tənzimlənməsi bu gün ölkəmizdə çox pis vəziyyətdədir. Bunu mütləq yoluna qoymaq lazımdır. Bizim yanaşmamız ondan ibarətdir ki, lisenziyaları və sürücülük vəsiqələrini verərkən ilk növbədə insaların peşəkarlığı nəzərə alınmalıdır. Hesab edirəm ki, yaşla bağlı məsələyə daha ciddi və dəqiq baxmalıyıq.

Əgər bu gün yol polisləri nəqliyyata, metroların üstündə avtobuslara nəzarət etməsələr avtobuslar elə yerindəcə qalarlar. Yağış da, qar da bütün dünyada yağır və təbii hadisələrdir. Sadəcə olaraq biz yağışlı və qarlı havada risklərin qarşısını almağa çalışrıq. Biz əgər bu gün təhlükəsizlik və insan həyatını önəmli hesab ediriksə, ilk növbədə sürücünün iş yerini yox, onun peşəkarlığını fikirləşməliyik”.

"Gecə-gündüz işləyib bir tikə çörək qazanırlar”

Deputat Fazil Mustafa isə sürücülərə yaş həddinin tətəbiq edilməsini düzgün  addım hesab etmədiyini deyib. O bildirib ki, bir zamanlar taksi və avtobus sürücüləri lüks peşə sahibi hesab edilirdilər:

"Zamanında onlar cəmiyyətin təminatlı ailəsi hesab olunurdular. İndiki şəraitdə isə bu peşə sahibləri bir tikə çörək uğrunda mübarizə aparırlar. Bu gün taksi sürücülərinin gecə-gündüz çalışıb bir tikə çörək qazanmağının şahidi oluruq. Elə şərait yaratmaq lazımdır ki, taksi sürücüləri də dolana bilsinlər. O baxımdan məsələyə baxıb düzgün qərar vermək lazımdır” - deyə vurğulayıb.
Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.
Oxşar xəbərlər