Yəhudi Allahı məhkəməyə verdi-İsraildə

  • 07 may 2016, 20:20

İsraildə qəribə hadisə baş verib. Modern.az saytının xarici KİV-ə istinadən xəbərinə görə, İsrailin Hayfa şəhər məhkəməsinə ilginc şikayət ərizəsi ilə müraciət ediblər.

"The Times of İsrael” qəzeti yazıb ki, adını açıqlamayan şikayətçi Tanrını məhkəməyə verib.

Fikrini belə əsaslandırıb ki, Allah son zamanlar ona qarşı münasibətdə ədalətli deyil. Ən maraqlısı isə odur ki, iddia əsasında məhkəmə prosesi keçirilib. İclasın protokolunda qeyd edilib ki, Tanrı cavabdeh tərəf kimi məhkəməyə gəlməyib.

Hakim Ahsan Kanan iddia ərizəsini gülünc adlandırıb və bildirib ki, şikayətçi başqa bir şəxsə müraciət etməlidir.

Məlumata görə, bu şəxs bir neçə dəfə də Allaha qarşı iddialarla çıxış edib. Həmin şəxs tələb edirmiş ki, 3 il ərzində Tanrı ona yaxınlaşmasın. 
Oxşar xəbərlər