"Kababa görə, öz ailəsi yanında sınırlar"

  • 02 may 2016, 22:09

Əslində, bu yazını yazmaya bilməzdim. Dostum və müstəqil Azərbaycanın ilk kameramanlarından olan Mahir Hüseynbəylinin öz feysbuk səhifəsində yazdığı status məni öz fikirlərimi qısa olsa da, yazmağa məcbur etdi. Ola bilər ki, qaldırılan məsələ bugünkü problemlərin yanında kiçik və maraqsız görünə bilər. Buna baxmayaraq, yenə də qaldırılan məsələ diqqətdə saxlanılması üçün vacibdir. 

Kameraman Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalibova son vaxtlar yaşayış evlərinin həyətlərində peyda olmuş kiçik qəssabxana-kababxanaların yığışdırılması ilə bağlı müraciət edib. 

M.Hüseynbəyli: "Demək hər gün axşam saat 6-dan sonra kababın iyi-tüstüsü məhlə içinə yayılırsa, məhlədə nəvələrini axşam gəzintisinə çıxardan nənələrin, anaların, hamilə qadınların tüstünün, kabab iyinin içində gəzməklərini seyr edəndə yaxşımızdan dünyada yoxdur,pisimizin ...... paz çalıb başını kəsəsən məsələsi yadıma düşür. Vallah, günahdır axı. Uşaq anasından kabab istəyir, ananın isə pulu yoxdur,hamilə qadın ərindən kabab istəyir, pul isə yoxdur. Baxın, nə qədər insan bir kababa görə, öz ailəsi yanında sınır-alçalır”,-deyə M.Hüseynbəyli vurğulayıb.

Bu gün elə insanlar var ki, tüstüsü gələn kababa həsrətdirlər. Təbii heç kəsin çörəyinə bais olmaq istəmirəm. Orada işləyən insanlar var və qazancları ilə ailələrinə çörək aparırlar. Amma, məsələnin həllinin alternativ yolları var: Buna məsul olan şəxslər problemi araşdırıb ortaq məxrəcə gələ bilərlər. Məsələni elə etmək lazımdır ki, nə şiş yansın,nə də kabab. Yetər ki, kabab iyinə yatmasınlar.

Elnur Eltürk
Oxşar xəbərlər