ABŞ prezidenti kasıblayıb?

  • 17 apr 2016, 09:08

2015-ci il üçün gəliri 436 min dollar həcmində hesablanıb. ANS PRESS-in məlumatına görə, bu məbləğ Obamanın dövlət başçısı postunda olduğu bütün dövr ərzində ən aşağı səviyyəli gəlir kimi qiymətləndirilir. 

"Obamanın gəlirləri 41 min 383 dollar azalıb"

Prezidentin əmək haqqı təxminən 395 min dollar təşkil edib. Daha 61 min dollar isə onun iki bestseller kitabına görə gəlirlərinə əlavə edilib. Ölkə başçısı xanımı Mişel Obama ilə birgə il ərzində təxminən 81,5 min dollar vergi ödəyiblər.

ABŞ rəhbəri gəlirinin təxminən 15 faizini (64 min dollar - red.) xeyriyyəçiliyə sərf edib. Bundan başqa, 9 min dolları isə o, "Fisher House Foundation" təşkilatının balansına keçirib. Bu təşkilat yaralı hərbi qulluqçular və onların ailə üzvlərinə köməklik edir.

Daha 5 min dollarını o, Vyu Bayden fonduna köçürüb. Bu fond vitse-prezidentCo Baydenin beyin xərçəngindən vəfat etmiş oğlunun şərəfinə yaradılıb. Eyni məbləği Barak Obama qızlarının təhsil aldığı "Sidwell Friends School" məktəbinin hesabına da köçürüb. 


 

Barak Obama, Mişel Obama və qızları

2014-cü ildə isə prezident və onun xanımının gəlirləri 477 min 383 dollar həcmində hesablanıb. Bu məbləğin  91,5 min dollarını onlar vergiyə ödəyiblər. 6,5 min dolları isə Bayden fonduna köçürüblər. 


 

Barak Obamanın 2014-2015-ci illərdə qazandığı gəlirləri (dollar)

Rusiya prezidenti Vladimir Putinin illik gəlirlərində isə artım müşahidə olunub. Belə ki, 2014-cü ilə nisbətən prezidentin illik gəliri 1.23 milyon rubl (28 min 290 manat - red.) artaraq 8.89 milyon rubl (204 min 470 manat - red.) olub.

Bu barədə Kremlin saytında ötən gün dərc edilən "gəlir hesabatı"nda qeyd olunub. Hesabatda həmçinin o da vurğulanır ki, ölkə başçısının tabeliyində olan əmlak siyahısında heç bir dəyişiklik olmayıb.

Əvvəlki illərdə olduğu kimi prezidentin QAZ M-21, QAZ M-21P və VAZ "Niva" avtomobilləri, eyni zamanda "Skif" avtomobilinin yedəyinin olduğu göstərilib. Həmçinin Putin sahəsi 18 kvadrat metrlik qaraja, 77 kvadrat metrlik mənzilə və 1500 kvadrat metrlik torpaq sahəsinə sahibdir. Prezidentin istifadəsində daha bir qaraj və 153.7 kvadrat metr sahəsi olan mənzil də var.


V.Putinin 2014-2015-ci illərdə qazandığı gəlir (dollar)
 
Demokratik.Az
Oxşar xəbərlər