Putinin illik gəliri açıqlanıb

  • 16 apr 2016, 09:40
Rusiya prezidenti Vladimir Putinin illik gəlirlərində artım müşahidə olunub. ANS PRESS-in məlumatına görə, 2014-cü ilə nisbətən prezidentin illik gəlirləri 1.23 milyon rubl (28 min 290 manat) artaraq 8.89 milyon rubl (204 min 470 manat) olub.

Bu baradə Kremlin saytında bu gün dərc edilən "gəlir hesabatı"nda qeyd olunub. Hesabatda həmçinin o da vurğulanır ki, ölkə başçısının tabeliyində olan əmlak siyahısında heç bir dəyişiklik olmayıb.

Əvvəlki, illərdə olduğu kimi prezidentin QAZ M-21, QAZ M-21P və VAZ "Niva" avtomobilləri, eyni zamanda "Skif" avtomobil yedəyinin olduğu göstərilib. Həmçinin Putin sahəsi 18 kvadrat metrlik qaraja, 77 kvadratmetrlik mənzilə və 1500 kvadratmetrlik torpaq sahəsinə sahibdir. Prezidentin istifadəsində daha bir qaraj və 153.7 kvadrat metr sahəsi olan mənzil də var.

Baş naziri Dmitri Medvedyevin isə illik gəlirləri 700 min rubl (16 min manat) artaraq 8.78 milyon rubl (202 min manat) civarında hesablanıb. Baş nazirin Avtoparkı da dəyişilməz qalıb. Əvvəllər olduğu kimi, o, QAZ-20 və QAZ-21 avtomobilinə, onun həyat yoldaşı Svetlana isə Volkswagen Golf avtomobilinin sahibidir.

Bundan başqa, Medvedevin sahəsi 367.8 kvadrat metr olan mənzili, həyat yoldaşının isə iki avto dayacanağı var. Baş nazirin icarəsində sahəsi 4.7 min kvadrat metr olan torpaq sahəsi var.