Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

10:59 - 20.07.2018  
Saxta düyünü necə tanıyaq? - VİDEO
Tarix: 29-03-2016, 21:57 | Bölmə: Xəbərlər » Maraqlı

Bu günlərdə sosial şəbəkələrdə düyülərin plastikdən hazırlanmasını əks etdirən video yayılıb. Çində çəkilən bu videoda görünür ki, ucuz mal arxasınca qaçan istehlakçılar düyünü fabrikdə sintetik materialdan hazırlayırlar. Ancaq bu düyünün də tərkibi tamamilə sintetik deyil. Onun əsasını kartof kraxmalı təşkil edir, az miqdarda plastik isə ona düyü forması vermək üçün istifadə olunub.                                               

Videoda yeni məhsulu istifadə edən aşbazlar bildirirlər ki, bu cür düyüdən hazırlanan bir boşqab sıyığı yemək, polietilen paketi udmağa bərabərdir. Əsl düyüləri ələ götürəndə onların birinin böyük, birinin balaca, bəzilərinin qırıq olduğu görünür. Sintetik düyülər isə hamısı standart - eyni ölçüdə və formada olur. Hətta onları yanaşı qoyduqda süni düyü daha çox göz oxşayır, nəinki, təbii yolla əldə edilən düyü. Qeyd edək ki, sintetik düyünü onun hazırlanma vaxtına, bişdikdən sonrakı görünüşünə görə də ayırd etmək olur. Belə ki, sintetik məhsul bişmə zamanı nə qədər qaynamağından asılı olmayaraq, əzilmir. Uzunmüddətli qaynamadan sonra suyun üzərində polietilen plyonka yaranır.

Saxta düyünü necə tanıyaq?Bir müddət öncə də satışda saxta düyülərin olması barədə iddialar səslənirdi. İddialara görə, müxtəlif ölkələrdən gətirilən bu məhsulların GMO-lu və orqanizm üçün təhlükəli olduğu vurğulanırdı. Qeyd edək ki, paytaxtda xarici ölkələrdən gətirilmə və mənşəyi məlum olmayan düyülərin satışda olduğu iddia edilir. Biz də marketlərdə daha çox hansı ölkələrin istehsalı olan düyülərin olduğunu, həmçinin insanları narahat edən sintetikadan hazırlanmış çin istehsalı olan düyülərin bizim də ölkəmizdə satışda olub olmadığını öyrənmək üçün bir neçə marketə baş çəkdik. Satışda çoxluğu yerli düyülər təşkil etsə də, Pakistan, Hindistan, Rusiya, İran və digər ölkələrdə istehsal olunan düyülərə də rast gəldik.

Qiymətlər isə müxtəlif idi. Xarici ölkələrdən gətirilən düyülərin qiyməti yerli düyülərdən baha idi. Qeyd edək ki, xarici düyü adı altında satılan düyülərin üzərində Azərbaycanda qablaşdırılması haqda kiçik yazıya rast gəlinirdi. Satıcılar alıcıların daha çox yerli düyülər aldığını bildirirdilər. Satıcı Elnur Rüstəmov alıcıların daha çox Hindistan düyülərini aldığını bildirdi: "Amma ən yaxşısı elə yerli düyülərdir. Xaricdən gətirilən düyülər əslində Bakıda qablaşdırılır".

Alıcı Turanə Abdullayeva internetdə sözügedən videonu izlədiyini və bundan narahatlıq keçirdiyini bildirdi: "Çin məhsulları onsuz da ölkəni zəbt edib. Onların hamısı zərərlidir. İndi də bu düyü məsələsi çıxdı ortaya. Biz düyüdən çox istifadə edən millətik. Mən özüm tez-tez plov bişirirəm. Amma həmişə yerli düyüdən istifadə etmişəm. Puldan ötrü insanların səhhəti, həyatı ilə oynayırlar. Amma inanmıram ki, Azərbaycan bu cür düyüləri satışa buraxıb əhalini zəhərləsin".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycanda satışda sintetik düyülərin olmasının mümkünsüz olduğunu dedi: "Düyünün kraxmaldan və digər qatqılardan müəyyən standartlar əsasında hazırlanması birmənalı şəkildə istisna olunmur. Onun tərkibinə plastmasın qarışdırılması heç bir standartda nəzərdə tutulmayıb. Belə bir şey mümkün deyil. Düşünürəm ki, Azərbaycanda plastik qarışığı olan düyü yoxdur. Lakin Azərbaycanda Genetik Modifikasiya Olunmuş (GMO) düyülər var. Məsələn, qızılı və sarı düyülər Genetik Modifikasiya Olunmuş düyülərdir və əslində qida üçün yararsızdır. Prezidentin bu barədə xüsusi tapşırıqları olub ki, bu kimi halların qarşısı alınsın. Ancaq buna məhəl qoyan yoxdur. İstehlakçılar mediada yayılan bu məsələlərə rəğmən primitiv təcrübələr apara bilərlər. Məsələn, düyünü yandırsınlar. Spesifik bitki qoxusu verməyən və yanan düyü əlbəttə ki, saxta düyüdür. Yaxud da düyünü içində su olan bir nəlbəkiyə töküb 10 gün saxlasınlar. O düyü cücərməsə, demək ki, saxtadır və süni yollarla hazırlanıb. Bu təcrübəni istənilən insan evdə etməklə də yoxlaya bilər".

Biz də qurum sədrinin dediyi təcrübəni sınaqdan çıxardıq. Belə ki, yerli və Hindistan istehsalı olan iki düyünü ayrı-ayrılıqda kiçik bir nəlbəkiyə qoyub yandırmağa çalışdıq. Ancaq düyülər yanmadı. Bu isə onun sintetikadan hazırlanmadığını deməyə əsas verir.

Daha çox xarici ölkələrdən gətirilən düyülərin süni yolla hazırlanması fikrinə gəlincə, qurum sədri plastmasdan hazırlanan düyülərin ölkəmizə gəlmə şansının olmadığını bildirdi: "Mən inanmıram ki, İrandan gətirilən düyü plastmasla qarışdırılmış düyü olsun. Ancaq süni düyü olması ola bilər. İrandan Azərbaycana GMO düyülərin gətirilməsi istisna olunmur. Çünki İranda İslam ölkəsi olmasına baxmayaraq GMO məhsulları yetişdirilir. O cümlədən də digər ölkələrdən gələn düyülər GMO ola bilər. Ancaq sintetikadan hazırlanan düyülər ölkəmizdə satışda yoxdur".(deyerler.org)\
 
Demokratik.Az
Xəbər 1839 dəfə oxunub






Oxşar xəbərlər

Dilqəm Əsgərovdan niyə məktub gəlmir? - RƏSMİ MÜNASİBƏT
Nazpərini həbs gözləyir – “saxta fəlsəfə doktorluğu”
Yaponiyada daşqınlarda ölənlərin sayı 225-ə çatıb
Prezident Bakının mövqeyini bir daha bəyan etdi: güzəşt limiti bitib
Qərbin “barıt qoxuyan ixrac demokratiya”sı və ya xaos ssenarisi...
Saxta dindarlar üzə çıxarıldı - rəsmi
Erməni şərqşünas Ələkrəm Hümbətovu ifşa etdi - sensasion faktlar
Mədət Quliyev hərbçilərə dərs keçdi - FOTO
İtaliya prezidenti "Heydər Əliyev” ordeni ilə təltif edilib
ABŞ-la Rusiya “mehriban düşmən”ə çevrilir
Vitse-spikerdən Gəncə olayları ilə bağlı ilginc açıqlamalar
Üzeyirdən Qənirə Paşayevaya cavab gəldi
ABŞ-ın yeni Qarabağ planı – Ağ Ev Bakını İrəvanla barışdırır?
Bakıda DYP özbaşınalığı! - Avtobusu sahibindən xəbərsiz cərimə meydançasından çıxarıblar
Yerin dərin qatlarında tonlarla almaz tapıldı
ARDNF-in 2017-ci il büdcəsinin icrası haqqında SƏRƏNCAM
NIKOIL | Bank növbəti bankomatı quraşdırıb
"Azərbaycan yeni geopolitik qarşıdurma meydanına çevrilib" - TƏHLİL
Allahşükür Paşazadə Gəncəyə getdi
Səbaildə Eldar Əzizovu o əvəz edir
Gəncə terrorunun arxasındakı güclər ifşa olunur
Eldar Əzizov Bakı Merinin birinci müavini təyin olundu
Tramp və Putin arasında təkbətək görüş başa çatıb
"Aslanlar” polisi öldürən Gəncə terrorçusunu belə MƏHV ETDİ – FOTOLAR (18+)
Qazaxda bayrağımız bu halda - yerli hakimiyyət hara baxır - FOTO
Müdhiş statistika: 22489 nikah, 6177 boşanma
Rəsmi Tehrandan Gəncə hadisələrinə dair gözlənilən bəyanat...
ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbinə start verildi
DİN həftəsonu baş vermiş cinayət hadisələri ilə bağlı məlumat yaydı
Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb - FOTOLAR
“Heç kim yaxasını qurtara bilməyəcək” – Ərdoğan
HARIN MƏMUR ÖVLADLARI BAKIDA TUNELİ BAĞLAYIB ŞAMPAN İÇDİLƏR – VİDEO
İngilis nazir seks qalmaqalına görə istefa verdi
İranda Azərbaycana qarşı radikal şiə lideri kimdir? - Başçıya sui-qəsdlə bağlı yeni FAKTLAR
İki qadın insan alverinə görə axtarışa verildi - FOTO
DÇ 2018: FRANSA DÜNYA ÇEMPİONU OLDU
CƏBHƏDƏN: Erməni kəşfiyyat - diversiya qrupu təxribat törədib
Gəncə hadisələrinə görə daha 7 nəfər həbs edildi
Dünya çempionatının qalibi kim olacaq? - bugünün marağı
İbtidai insanın varlığına dair ən qədim dəlillər tapılıb
Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib
Ermənistan silahlı qüvvələri atəşkəsi 87 dəfə pozub
PA-nın şöbə müdiri Gəncə hadisələrindən yazdı
Ərdoğan Putinlə danışdı: Suriya ilə bağlı - Etiraz
Polkovniklərin ordenləri övladlarına təqdim edildi
Elmar Vəliyevin xəstəxanada çəkilən FOTOSU
Türkiyədə qanlı gecə: 2 il keçdi
Emin Ağalarovun toyundan - Fotolar
"Gəncə işi" - yeni həbslər var: iki sayta cinayət işi qaldırıldı
Səmra ombasının erotik fotosunu paylaşdı - FOTO
Ramil Usubov kollegiya iclası keçirir
Bakının 4 təkərli “hamamları”: PROBLEM
“Bu cinayətkarlar müsəlman deyillər...” Prezidentdən Gəncə hadisələrinə qətiyyətli mesajlar
Futbol mündialının üçüncüsü kim olacaq?
FETÖ-nün “Azərbaycan kassası” həbs olundu
“Onun adını “azar” qoydum” - ARAZ ƏLİZADƏYƏ CAVAB
Azərbaycan əhalisinin sayı 9 mln. 929,5 min nəfər
Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edilir
Şəhid polkovniklər “Azərbaycan Bayrağı” ordenilə təltif olunub - Sərəncam
Səfir: “Türkiyədə də, Azərbaycanda da FETÖ-nün beli qırılıb”
Kılıcdaroğlu Ərdoğana 20 min dollar təzminat ödəyəcək
"Çelsi" klubu Antonio Konte ilə yollarını ayırıb- RƏSMİ
Prezident Gəncə hadisələri ilə bağlı sərt danışdı - VİDEO
Gəncədən “qırğın” reportajı: 26 şəvval 1439-da?
Elşad Miri: Məni Adnan Oktara bağlayan səbəb...
Şənbə günü hava necə olacaq?
İlham Əliyev iranlı nazirlə görüşdü
NATO-dan Bakıya şok dəstək: Tramp-Putin görüşündə də...
Hansı icra başçılarının Gəncəyə "perevod" şansı var? - ADLAR - Söylənti
Ən güclü dövlətlər: Azərbaycan 45-ci yerdə

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.09157] initstartout [0.00012] initstartin [0.00054] calstart [0.00673] calend [0.00038] topnewsend [0.00306] rsssend [0.00000] ehgend [0.00468] tagsstart [0.00039] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.07563]