Sabah 26 dərəcə isti olacaq

  • 24 mart 2016, 12:43

Bakıda və Abşeron yarımadasında martın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən (MHD) Publika.az-a verilən məlumata görə, Bakıda səhər bəzi yerlərdə zəif duman olacaq.

 

Mülayim cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcə isti olacaq. Bakıda gecə 7-9, gündüz 18-20 dərəcə isti olacaq.

 

Azərbaycan rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin axşam bəzi yerlərdə şimşək çağacağı, yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturu gecə 7-12, gündüz 18-23, bəzi yerlərdə 26 dərəcə isti olacaq. Dağlarda gecə 0-5 dərəcə isti, gündüz 11-16, bəzi yerlərdə 19 dərəcə isti olacaq.