Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

08:34 - 26.06.2019  
Türkiyəni kim çalxalayır?
Tarix: 21-03-2016, 12:46 | Bölmə: Xəbərlər » Maraqlı

Hələ söz-söhbət çox olacaq. Hərə bir söz deyir. Biri deyir ki, Rusiya Suriyadan birdəfəlik çıxmayıb, zəruri halda bu ölkədə döyüş əməlliyatlarını bərpa edə və aviazərbələr həyata keçirə bilər. 

Türkiyəni kim çalxalayır?Başqa birisi ərz edir ki, Rusiya Suriyadan qalib kimi çıxdı. Üçüncü tərəf isə buyurur ki, Rusiyanın Suriyaya girişi nə qədər müəmmalı idisə, onun bu ölkədən çıxışı da bir o qədər qaranlıq və sirlidir...

Mənim diqqətimi isə daha çox başqa detal cəlb etdi. Rusiya Suriyaya müdaxilə edəndə rəyi soruşulan insanlar bu addımı necə müdafiə etmişdilərsə, o, Suriyadan çıxanda da bunu elə bir o qədər şövqlə dəstəklədilər. 

Zənnimcə, bu, Rusiya mediasının və ölkədə azadlıqların vəziyyətinə kifayət qədər güzgü tuta bilər – insanlar düşünür ki, hakimiyyət nə erdirsə, düz edir... 

Amma müəmmalar həqiqətən də böyükdür. Hələ bir müddət bir sual üzərində baş sındırmalı olacağıq: Rusiya döyüş meydanını tərk edir, yoxsa birdəfəlik oyundan çıxır?..
Bir şey aydındır ki, Rusiya Suriyaya müdaxilə etməsəydi B.Əsəd rejimi çoxdan çökmüşdü. O vaxt Əsəd tamam küncə sıxılmışdı. Birmənalı şəkildə demək olar ki, Rusiya Əsədi xilas etdi. Onunla hesablaşmağa, sülh və atəşkəs prosesinin tərəfi kimi onu da qəbul etdirməyə nail oldu. 

İndi Cenevrə danışıqlarında Əsəd hakimiyyətinin təmsilçiləri başlıca tərəflərdən biri kimi  iştirak edir. Amma bu, olmaya da bilərdi. İranın daha çox ideoloji və siyasi dəstəyini nəzərə almasaq, Əsədi müdafiə edən və bu adamı dialoq prosesinin komponenti kimi qəbul etmək istəyən yox idi – ABŞ tamam onun əleyhinə idi, Avropa qəbul etmirdi, Türkiyə onun dərhal rədd olub getməsini istəyirdi, Səudiyyə Ərəbistanı isə onu qatı cinayətkar və bağışlanması mümkün  olmayan siyasi cani hesab edirdi...

Bu mənada Rusiya Əsəd üçün çox böyük iş gördü. Suriya prosesinin məğzini tamam dəyişdi. Onda bəs nə oldu? Niyə Rusiya onu ən həlledici məqamda, düz danışıqlar prosesi ərəfəsində tək qoydu? Bir ehtimal budur ki, Rusiyanın özünün Əsədlə dialoqu alınmadı. 
Bu müxtəlif səbəblərdən ola bilərdi. Məsələn, kürd probleminə münasibət buna rəvac verə bilərdi. Moskva kürdlərə çox böyük dəstək verir və onların da Cenevrə prosesində iştirak etməsində israr edir. 

Rusiya mediasında kürd məsələsi çoxdan daimi mövzulardan birinə çevrilib. Suriya kürdləri də faktiki olaraq muxtariyyatlarını elan ediblər. Onların əlində cəmləşən silahlara və yaraqlı kürdlərin sayına baxanda görürsən ki, de-yure muxtariyyat da uzaq gələcəyin hədəfi deyil.

Türkiyə isə çox gərgin anlar yaşayır. Terror aman vermir. Bir terrorun acısı-ağrısı sovuşmamış o birisi baş verir...

Hələ Rusiya ilə Türkiyə arasında gərginlik yaşananda V.Putin demişdi ki, onlar pomidorlarla canlarını qurtara bilməyəcəklər. Zənnimizcə, indi həmin hədənin acı nəticələrini müşahidə edirik. Kürd separatçıları ənənəvi olaraq Rusiyadan dəstək alıblar. Bu gün də bu dəstək davam edir. Çoxdan idi ki, belə gərginlik fazası müşahidə edilmirdi. Suriyadakı vətəndaş müharibəsi yenidən kürd separatçılarını yada saldı, onlar yaxşıca silahlandırıldılar...

Bir daha deyirik ki, bütün bunların arxasında böyük ehtimalla Rusiya dayanır. Elə digər ölkələr, xüsusən də ABŞ kürd məsələsinə münasibətdə birməanlı mövqe tutmur. Hərçənd ki, bu ölkənin siyasətçiləri Suriya kürdlərinin Rusiya ilə əməkdaşlığından gileylənir, suriyalı kürdlərin Rusiyanı seçməsindən azacıq narazlıq edirlər.

Düzdür, məsəl var, deyirlər ki, quyuya su tökməklə o, sulu olmur. Ona görə də demək ki, kürd məsələsi bu günün, dünənin işidir, bu, düzgün olmazdı. Kürdlər neçə illərdir ki, savaş aparırlar. Bu, indinin məsələsi deyil. Onlar hələ 1923-cü ildən bu tərəfə o vaxt verilmiş vədin (Lozanna prosesi!) həyata keçməsini tələb edirlər. Rusların kürd probleminə "marağ”ı isə hələ Yekatrina dövrlərinə gedib çıxır. Onlar həmişə Türkiyəni sarsıtmaq yollarını axtarıblar və bunun üçün müxtəlif millətləri, etnik qrupları gözaltı ediblər. Həmin siyasi "rıçaq”lardan biri də kürd məsələsi olub. Bu prosesin pik dövrü sovet vaxtlarına təsadüf etdi. Görünür, V.Putin də köhnə ənənləri yaşatmağa çalışır. 

Düzdür, bu yolla Türkiyəni sarsıtmaq, onu nəyəsə məcbur etmək olmayacaq və nəticə etibarilə bütün bunlar faydasızdır. Amma daim terror xofu altında və qorxu içində yaşamaq insanları yorur... 

Amma nə etmək olar? Bu dünyada hərə bir problem yaşayır – Türkiyə üçün də bu problem kürd separatçılarıdır...
 
Xəbər 1984 dəfə oxunub






Oxşar xəbərlər

Prezident Ramil Usubovu qəbul etdi – Foto
Köçəryan yenidən həbs olundu
Şirməmməd Hüseynovla vida mərasimi keçirilib
ATƏT-in nümayəndə heyəti Ağdama gəlib
İsmət Abbasovun oğlu radikal dini təriqətə üzv olub
Professor Şirməmməd Hüseynov dünyasını dəyişib
İSTANBUL MERİNİ SEÇDİ! Qalib yenə Əkrəm İmamoğludur
“Megafun”da dəhşətli partlayışın görüntüləri yayıldı — VİDEO
Təhsil eksperti Əmrullayevkimiləri və təhsil səviyyəsini qınadı
“Hər bir şəxs bilməlidir ki,...” — İlham Əliyevdən məmurlara XƏBƏRDARLIQ
Kərimovlar ailəsinin milyardları ölkəyə qaytarılır
"Megafun"da partlayış: tanınmış müğənni və övladı xəsarət aldı
İstanbulda bələdiyyə səsverməsi başlayıb
Yabanı çətənə kolları aşkar edilərək yandırılıb
İlham Əliyev niyə məhz onları seçdi? – Kodlar açılır
Dünyanın yarısı milyonerlərə məxsusmuş...
Repressiya qurbanı olmuş qələm sahiblərimiz
Fuad Abbasovun ailəsinin yaşadığı evdə axtarış aparılıb
Elçibəyin təyin etdiyi icra başçısı niyə güllələndi?
İqtidardakı kadr dəyişikliyinə müxalifət nə deyir - rəylər
Deputat: "Biz ermənilərlə birgə yaşaya bilərik"
Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivinə təqdim edilib
Ramil Usubov daha yüksək vəzifəyə təyinat alıb
İran ABŞ texnikasını BELƏ MƏHV ETDİ - VİDEO
Ramil Usubovdan DİN-nin şəxsi heyətinə xoş MÜRACİƏT
Donald Tusk: "Brexit" sazişi layihəsi dəyişdirilə bilməz"
“Boltonun Qarabağla məşğul olmağa vaxtı yoxdur, onun diqqəti İrana yönəlib”
“MƏMMƏDYAROV HEÇ BİLMİR FUTBOL NƏDİR…” - Aqil Abbas
Rektorun evi qarət olundu: Hadisə niyə gizlədilir?
Gürcüstanın parlament sədri impiçment edilə bilər
Xatirə toyda biabırçı geyimdə - VİDEO
Gəncədə idarə etmədən çıxan motosklet aşıb
Novruz Məmmədov nazirləri topladı - TƏCİLİ
QHT sədri Lider TV-də siyasi verliş aparacaq
Prezidentdən böyük dəyişikliklər - yeni görəvə gətirilən generalların dosyeləri
Vilayət Eyvazov daxili işlər naziri təyin olunub
DTX-nın yeni rəisi Əli Nağıyev oldu
Toğrul Əsgərov millidən kənarlaşdırıldı
Elinanın qəbri təhqir edildi – Yeni cinayət işi başlandı
Mədət Quliyev DTX-nin rəisi vəzifəsindən azad edilib nazir təyin edildi
Odlar Yurdu Universitetində pedaqoji heyətin attestasiyası keçirilir
“Hökumət Buludu” hökumətə nə vəd edir?
Sarkisyanın qarşısında baş əyən “Qaçqınkom” sədrinin fiaskosu: Rövşən Rzayev uğursuzluğu
Sabiq nazir ölkədən 14 milyon dolları NECƏ ÇIXARDI?
Makron Zelenski ilə razılaşdı: Putinlə görüş olacaq
Elçibəyin ailəsi Birinci vitse-prezidentə təşəkkür edib
VERGİLƏRİN SƏRTLƏŞƏN ÜZÜ… – Sahibkarların qorxusu əsaslıdırmı?
Saakaşvilidən Kiyev şəhəri ilə bağlı inanılmaz təklif
Aİ ayrı ölkələr üçün vizasız rejimi dayandıra bilər
Dünya çempionumuz yeni qurum yaratdı
Ağstafada qətliam qan davasıymış
Sabirabadda otyandıran manyak peyda olub
Türkiyə-ABŞ ziddiyyətinin əsas səbəbi iddia olundu
Eldar Sabiroğlu oğlundan imtina edib?
Qobu qəsəbəsində iki qardaş qonşular tərəfindən döyülüb
Sabirin büstü bu abırda - Cəlilabadda etiraz + FOTO
Qumarda borc aldığı 427 min dolları uduzdu
Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb
Kredit faizləri niyə yuxarıdır - ilginc faktlar
Dünyanın ən seksual qadını seçildi – FOTO
Qarabağda müharibə küləyi əsir - EHTİMAL
Ağstafada 8 nəfərin avtomatla güllələnməsiylə bağlı RƏSMİ AÇIQLAMA
Türkiyədə erməni dilində İLK KANAL AÇILDI: Ərdoğan da dəstəklədi - FOTO
Xırdalanda kişi 4-cü mərtəbədən yıxılıb
Türkiyə Silahlı Qüvvələri 77 PKK terrorçusunu zərərsizləşdirib
“Odlar Yurdu” Gənclər İB 7 yaşında
Tarixi debat bitdi, müzakirələr alovlandı - Video
Maykl Pompeo: ABŞ İranla müharibə istəmir
Pənah Hüseyn Surət Hüseynova od püskürdü: “... Qələt eləyir..”

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.28098] initstartout [0.00020] initstartin [0.00096] calstart [0.02520] calend [0.00065] topnewsend [0.00425] rsssend [0.00000] ehgend [0.00766] tagsstart [0.00069] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.24132]