İnsan beyninin unikallığı

  • 15 mart 2016, 19:58
Şüurlu insan Yer üzündə yeganə düşünə bilən varlıqdır. İnsannın düşünmə qabiliyyəti onun beynindən asılıdır. Belə ki, müasir elm insan beyninin yalnız 17%-ni öyrənə bilib. Beləliklə bizə insan beyni haqda nələr məlumdur?

Əgər sizə desələr ki, sizin beyniniz quruluşuna görə, qalaktikamıza uyğun bir mexanizmdir, siz təəccüblənərsinizmi? Təsəvvür edin ki, Yer üzündə nə qədər insan var və onların hər biri 100 milyard neyrondan ibarətdir. Bu say kəhkəşan quruluşu ilə eynidir. Bizim beynimiz özündə neyronları birləşdirməyə qadir olan 100 trilyon sinaps təşkil etməklə 100 000 kilometrlər uzana biləcək qandamarları ilə doludur. Həmçinin beynimiz 1000 terabayt informassiya qəbul edərək saxlamağa qadirdir. Bundan əlavə insan beyini 75% sudan ibarətdir və 10-23 vatt gücə malikdir. Bu isə bir elektrik lampasını yandırmağa kifayət edir.

Bu qədər xüsusiyyətlə yanaşı insan beyni daha unikal bir xüsusiyyətə malikdir. İnsan beyni ağrı hiss etmir. Qeyd edək ki, beyində aparılacaq hər hansı əməliyyat zamanı ağrıkəsici istifadə edilmir. Belə ki, əgər beyinə iynə vurularsa o zaman ya görmə qabiliyyəti, ya da beyinin funksiyaları zədələnə bilər.

Qeyd edək ki, qadın beyini kişi beynindən daha balacadır. Bununla yanaşı qeyd etmək lazımdır ki, qadınların beynində əsəb hüceyrələri kişilərdən daha çoxdur və qadın beyini kişilərdən daha tez işləmə qabiliyyətinə malikdir. Qadınlar məlumatları qəbul edərkən daha emosional qəbul edərək beyinin sağ yarımkürəsini, kişilər isə məlumatları daha məntiqli qəbul edərək, beyinin sol yarımkürəsini istifadə edirlər. Baş ölçülərinin insan beyninin fəaliyyətinə təsiri olub olmaması hələlik sübut edilməyib. Bir maraqlı fakta diqqət yetirək ki, orta statistik insan beyini 1400 qramm çəkidə olur. Belə ki, Eynşteynin beyninin çəkisi 1230 qramm olub.

Maraqlı fenomen hesab edilən Unq Yanq 1972-ci ilin 8 mart tarixində dünyaya gəlib. Artıq 8 aylıq olarkən Yanq həndəsə elminə yiyələnib. 2 yaşında 4 dildə danışa bilib. Universitetə 4 yaşında daxil olub və 15 yaşında oranı bitirib. O, təkcə dəqiq elmlərdə güclü deyildi. Yanq həmçinin gözəl rəsm çəkir və şer yazır. Hazırda Yanq ən yüksək intellektə malik insanlardan hesab edilir. Yanq hazırda Cənubi Koreyada yaşayır və əvvələr yaşaya bilmədiyi uşaqlıq illərini yaşayır.

Deyerler.org
Oxşar xəbərlər