Milyarderlərin yaşadığı şəhərlər - SİYAHI

  • 06 mart 2016, 20:21
Dünyada ən çox zəngin insanların yaşadıqları şəhərlərin siyahısı açıqlanıb.

Oxu.Az New York Times qəzetinə istinadən xəbər verir ki, siyahıya London və Nyu-York şəhərləri başçılıq edir.

Hesablama sərvəti 10 milyon dollardan çox olan insanların istifadə etdiyi ən yüksək səviyyəli yaşayış əmlakının sayına görə aparılıb. 

Londonda belə insanların sayı 34 230-dur, Nyu-Yorkda isə 32, 5 min. 

Üçlüyü 24,4 min multimilyonerlə Honq Konq bağlayır. İlk onluqda həmçinin Los Anceles, Monako, Mayami, Dubay və Kan şəhərləri də var.
Oxşar xəbərlər