Sikkələrin sirrini tapana mükafat

  • 21 fev 2016, 10:59
Çinin Xuan bölgəsində antik qızıl sikkələrin üzərindəki yazını oxuyana 10 min Çin yuanı veriləcək. "Şinhua" agentliyinin verdiyi xəbərə görə, ölkənin Mədəniyyət Nümunələrinin Qorunması İdarəsinin direktoru Pinq Cia qədim sikkələr üzərində olan yazıların oxunması üçün mütəxəssislərə müraciət edib. Dehli sultanlığına aid qızıl pullar, eyni zamanda, Çinin Yuan xanədanlığının hökm sürdüyü 1271-1368-ci illər arasında yunan sikkəsi üsulu ilə istehsal olunub.

Sikkələrin üst hissəsində qədim ərəb hərfləri ilə kral adının yazıldığını deyən Pinq, aradakı yazını oxumağın çox çətin olduğunu bildirib. O, yerli və xarici mütəxəssislərdən kömək istəsə də, yazını oxuyan tapılmayıb. Hökumət qızıl pulların üzərini oxuya bilənə isə mükafat olaraq, 10 min Çin yuanı təklif edir.
Ilk dəfə 1960-cı illərdə bir küpün içərisində tapılan sikkələr birinci dərəcəli milli-mədəni əsər olaraq qiymətləndirilir. Qızıl pulların arxa üzündəki yazı 1980-ci illərdə muzeyə qoyulduqdan bəri öz sirrini qoruyur.
 
Demokratik.Az
Oxşar xəbərlər