İş axtaranların nəzərinə

  • 02 fev 2016, 20:54

"Mərkəzi Bank” risklərin idarə edilməsi departamentində "İT üzrə mütəxəssis" vəzifəsinə işçi qəbulu elan edib.

Bankdan verilən məlumata görə, Risklərin və ya biznes davamlığının idarə edilməsi, İT idarəetmə və informasiya texnologiyaları sahəsində  ali təhsilli namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.

VƏZİFƏ TƏLƏBLƏRİ

Dil bacarığı
- Azərbaycan dili : Minimum - Əla səviyyədə
- İngilis dili : Minimum - Yaxşı səviyyədə
Kompüter bacarığı

- MS Office proqramları : Minimum - Yaxşı səviyyədə
- Şəbəkə və servis proqramları : Minimum - Yaxşı səviyyədə
- Əməliyyat sistemləri : Minimum - Yaxşı səviyyədə
- Risklərin və ya biznes davamlığının idarə edilməsi : Minimum - Bakalavr
- İnformasiya texnologiyaları : Minimum - Bakalavr

Xüsusi biliklər

- COBIT, ISACA, ITIL və ya İT üzrə İSO standartlarına dair biliklər : Yaxşı səviyyədə
İş təcrübəsi

- İT audit sahəsində : 1 ildən çox
- İnformasiya texnologiyaları sahəsində : 1 ildən çox
- İnformasiya təhlükəsizliyi sahəsində : 1 ildən çox

Digər bacarıqlar

-  Analitik təhlil etmə və hesabat tərtib etmə, ünsiyyətqurma və kollektiv mühitdə işləmək bacarıqları.

Test imtahanı aşağıdakı mövzulardan ibarət olacaq

1. Əməliyyat sistemləri
2. Məntiq
3. İT audit
4. İnformasiya təhlükəsizliyi
5. İngilis dili
6. AİS-lərin qurulması üzrə layihələndirmənin təşkili
7. Servis proqram təminatları
8. Ümumi kompyüter bilikləri
9. Bankda risklərin idarə olunması
10. Bank qanunvericiliyi
Qeyd: Vakansiya ilə bağlı son müraciət tarixi fevral ayının 6-na kimi nəzərdə tutulub.
Ünvan: AZ1014, Azərbaycan Respublikası, 
Bakı şəh., R.Behbudov küç. 32, 
Tel.: (+994 12) 493 11 22
Faks: (+994 12) 493 55 41
Elektron poçt: [email protected]
Oxşar xəbərlər