Rus qızı ilə evlənən xalq artisti - ANIM

  • 31 yan 2016, 10:53

"Böyük dayaq” filmində Rüstəm kişi obrazı ilə sevilib, yaddaşlara həkk olub. Azərbaycan teatr və kinosunda rəngarəng obrazlar yaradıb. Əzəmətli görünüşü, fərqli səs tembri və qeyri-adi aktyorluq qabiliyyəti ilə seçilən xalq artisti Ələsgər Ələkbərovun anım günüdür.

 

Publika.az xəbər verir ki, Ələsgər Ələkbərov 1910-cu ilin martında Bakıda anadan olub.

 

Aktyorun ilk evliliyi uğursuz olub. Belə ki, teatrda işlədiyi illərdə aktrisa Hökumə Qurbanova ilə ailə qurub. Bu evlilikdən Nailə adlı qızı dünyaya gəlib. 1933-cü ildə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülərkən gənc ailə də Bakıdan Gəncəyə köçüb. Amma çox keçmədən dağılıb.

 

Hökumə Qurbanovadan ayrılandan sonra bir rus qızı ilə evlənib. Bir neçə il Tiflis Azərbaycan Teatrında, Kirovabad Teatrında, 1933-cü ildən isə Akademik Dram Teatrında işləməyə başlayıb.

 

Aktyor 1963-cü il yanvarın 31-də vəfat edib.

 

Cəvahir

Oxşar xəbərlər