Ayaqqabı şəklində kilsə tikildi

  • 23 yan 2016, 10:55

Tayvanda hündürdaban ayaqqabı şəklində şüşədən kilsə inşa edilib. 

Demokratik.Az musavat.com-a istinadən xəbər verir ki, Tayvanda Sindirellanın ayaqqabısını xatırladan kilsənin inşasında 320 rəngli şüşə paneldən istifadə olunub. Məlumata görə, 16 metr hündürlüyündə olan kilsə 686 min dollara başa gəlib. 

Daha çox qadınların diqqətini cəlb edəcək şəkildə tikilən kilsənin qapılarının Çində Yeni ilin qarşılandığı 8 fevralda açilacağı bildirilib. Rəsmilər kilsənin 1960-cı illərdə "qara ayaq" xəstəliyinə tutulan "Uanq" soyadlı gənc bir qızın hekayəsindən təsirlənərək inşa edildiyini açıqlayıblar.

 

Demokratik.Az