2 qat dünya çempionumuzun hesabını oğurladılar

  • 21 yan 2016, 19:01
Yunan-Roma güləşi üzrə ikiqat Dünya və ikiqat Avropa çempionu, Avropa Oyunlarının bürünc mükafatçısı Elman Muxtarovun Feysbuk hesabı haker hücumuna məruz qalıb.

Publika.az bildirir ki, hesabın parolunu oğurlayanlar idmançımızın dostluğundakı xanımlardan biri ilə sevgi münasibətində olduğunu işarələyib. Ancaq bir neçə dəqiqə sonra həmin münasibətdə olduğu görüntü ləğv etdirilib. İdmançı özü hesabını geri qaytara bilib və sosial şəbəkə vasitəsi ilə belə açıqlama verib:

"Mən münasibət qurmamışdım. Kimsə mənim parolumu oğurlayıb edib".

Xatırladaq ki, E.Muxtarov yeniyetmələrin I Yay Olimpiya Oyunlarının da qalibidir. Şəxsi məşqçisi isə Hicran Şərifovdur.