Latviya prezidenti ürəyindən əməliyyat olunur

  • 20 yan 2016, 20:38
Latviya prezidenti Raymonds Veyonis Riqa Kliniki Xəstəxanasında ürəyindən əməliyyat olunur.    Bazar ertəsi səhər prezident virus infeksiyasından müalicə olunmaq üçün toksikologiya şöbəsinə yerləşdirilib. Lakin çərşənbə axşamı bildirilib ki, prezident kardiologiya bölməsinə köçürülüb.   Artıq cərrahlar əməliyyata başlayıblar. Əməliyyatın nə qədər çəkəcəyi isə bəlli deyil. Axşam saatlarında həkimlərin əməliyyatın nəticələri ilə bağlı jurnalistlər qarşısında çıxış edəcəkləri planlaşdırılır.   Latviya prezidentinin vəzifələri müvəqqəti olaraq Seymin spikeri İnara Murniese icra edir.(publika.az) 
Oxşar xəbərlər